Ərdoğan ABŞ-da belə qorunur-İki zirehli maşın, türk cangüdənlər və FTB…
BMT-nin 72-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edən Türkiyə prezidenti Ərdoğanın təhükəsizlik tədbirləri həddən artıq gücləndirilib.
Faktinfo.az Strateq.az-a istinadən xəbər verir ki, Ərdoğanın təhlükəsizliyini təmin etmək üçün Türkiyədən iki zirehli maşın da gətirilib: "Bundan başqa, onun şəxsi cangüdənlərinin sayı artırılıb. Türk cangüdənlərlə yanaşı, FTB-nin əməkdaşları da Ərdoğanı müşaiyət edir. Belə ki, FTB Ərdoğanın qatıldığı bütün tədbir və toplantılarla bağlı əvvəlcədən təhülkəsizlik tədbirləri görür, üstəlik, qadığı otel xüsusi nəzarətə götürülüb".
Məlumata görə, Ərdoğanı yollarda da xüsusi müşaiyət edən maşınların sayı artırılıb. Belə ki, Türkiyədən gətirilən və üzərində Türkiyə Prezident Administrasiyasının emblemi olan iki zirehli xidməti maşını eyni anda böyük komvoyda yol qət edir. Maraqlıdır ki, Ərdoğanın bu iki zirehi maşınlardan hansında olduğunu isə FTB və şəxsi cangüdənlərdən başqa heç kim bilmir: "Bir sözlə, ABŞ prezidentinin təhlükəsizliyi üçün tətbiq edilən bütün təhlükəsizlik tədbirəri Ərdoğan üçün təkrarlanır".
Yeri gəlmişkən, ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin də hansı ölkəyə səfər edərsə, təhlükəsizlik məqsədi ilə yalnız öz xidməti maşınlarını özləri ilə həmin ökəyə gətirdirlər.
Bu xəbər üçün şərh yazın