ƏRDOĞAN BAYDENLƏ GÖRÜŞDƏN SONRA SUALLARI CAVABLANDIRDI -

ƏRDOĞAN BAYDENLƏ GÖRÜŞDƏN SONRA SUALLARI CAVABLANDIRDI - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb. APA-nın xəbərinə görə, Brüsseldə NATO sammiti çərçivəsində baş tutan görüş 45 dəqiqə çəkib.

Qeyd edək ki, bu, ABŞ-ın prezidenti olduqdan sonra Co Baydenin türkiyəli həmkarı ilə ilk təkbətək görüşüdür.

Mətbuata qapalı olan təkbətək görüşün ardından heyətlərarası görüş başlayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ başqanı Jozef Baydenlə görüşdən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“TRT Haber”in məlumatına görə, dövlət başçısı pandemiyanın dünya düzəninə təsirindən, eləcə də ölkəsinin terrora qarşı mübarizəsindən danışıb. Ərdoğan terror təşkilatlarının müttəfiq ölkələrin silahları ilə silahlandırılmasına görə təəssüf etdiyini nəzərə çatdırıb.

Türkiyə prezidenti Qarabağ məsələsindən də yan keçməyib və gec də olsa ədalətin öz yerini tapdığını qeyd edib.

“Qarabağda 30 illik bir keçikmə ilə də olsa, ədalət öz yerini tapdı və bölgədə umidlər yenidən baş qaldırdı. Savaşın yerini barışın, gərginliyin yerini əmin-amanlığın, qeyri-sabitliyin yerini qalıcı bir sülhün ala biləcəyi dövrün qapıları aralandı”, - deyə Ərdoğan bəyan edib.

Daha sonra jurnalistlərin suallarını cavablandıran dövlət başçısı Baydenlə görüşü zamanı qondarma erməni soyqırımı barədə müzakirələrin aparılmadığını qeyd edərək “Vallah, heç gündəmə gəlmədi”, -deyə bildirib.

Sonda mətbuat nümayəndələrinə təşəkkür edən Ərdoğan “Buradan Azərbaycana bir səfər var”, - deyə çıxışını bitirib. 

Ərdoğanın mətbuat konfransını təqdim edirik:

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər