Ərdoğan:“Avropa İttifaqının vizanın ləğvi məsələsində nə qədər səmimi olduğunu görəcəyik"

Ərdoğan:“Avropa İttifaqının vizanın ləğvi məsələsində nə qədər səmimi olduğunu görəcəyik" 

“Avropa İttifaqının Türkiyəyə ehtiyacı Türkiyənin Aİ-yə ehtiyacından daha çoxdur”.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9 may Avropa Günü ilə əlaqədar Aİ-nin İslahat Fəaliyyət Qrupunun Türkiyədəki altıncı toplantısında deyib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin tam üzv olaraq yer almadığı bu təşkilatın qurucu dəyərləri təmsil etmə ideyasının hələ də təmin olunmadığını bildirib: “Terrorla mübarizədə quruma üzv ölkələr də, təşkilatın digər institutları da bizimlə həmrəy olmadılar. Aİ-də terror təşkilatlarına qarşı mübarizəmizə göz yumdular. Biz Aİ standartlarına uyğunlaşma addımlarını vətəndaşlarımızın rifahı naminə atırıq. Viza rejiminin ləğvi ilə bağlı Aİ-nin 72 tələbindən 66-nı təmin etmişik. Qısa zamanda digər 6 tələb də öz həllini tapacaq. Bundan sonra Aİ-nin vizanın ləğvi məsələsində nə qədər səmimi olduğunu görəcəyik”./ONA.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi