Ərdoğandan ABŞ və Rusiyaya: Sizə yaraşdırmırıq
İŞİD-lə ən yüksək səviyyədə mübarizə aparan yalnız bizik.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Biz həm İŞİD, həm PKK, həm PYD, həm də YPG ilə amansız mübarizə aparırıq. Bir terror təşkilatı başqası ilə yox edilə bilməz. Bu, yanlış siyasətdir. Bu bölgədə nə Amerika, nə də Rusiyaya təhdid var. Təhdid yalnız bizədir. Biz terror təşkilatını nə ABŞ, nə də Rusiyanın yanına yaraşdırırıq. ABŞ səfərim zamanı bunların həll olacağını düşünürəm. Bu ziyarətim dönüş nöqtəsi olacaq”, – deyə o bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın