Ərdoğandan DÜNYAYA MESAJ: 45 il öncə etdiyimizi bu gün də...
“Adanın və bölgənin sərvətlərinin sadəcə özlərinə aid olduğunu düşünənlər qarşılarında Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətini görəcəklər”.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Kiprdə həyata keçirilən sülh hərəkatının 45-ci ildönümü münasibətilə ŞKTC-nin prezidenti Mustafa Akıncıya göndərdiyi təbrik məktubunda bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə 45 il öncə atdığı addımı lazım olsa yenə də ata bilər.
“Türkiyə sülh hərəkatını Kipr adasının bərabər hüquqlu sahiblərindən biri olan Kipr türk xalqının maraqlarını qorumaq üçün həyata keçirmişdi. Bu məsələdə mövqeyimizi bu gün də bütün dünya görməkdədir”, - Ərdoğan qeyd edib./publika.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın