“Ermənilər heç vaxt bizə torpaq qaytaran deyil” -Tahir İmanov
Mayın 9-da Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anait Saakyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. N.Paşinyan Şuşada ermənilərlə rəqs edərək fotolarını paylaşıb.
Məsələ ilə bağlı Yeni Sabah.az-a danışan əslən Şuşadan olan Əməkdar artist Tahir İmanov torpaqları ancaq müharibə yolu ilə almalı olduğumuzu bildirib:
“Biz 27 ildir pis vəziyyətdə yaşayırıq. Daxilimizdə sabitlik, sakitlik yoxdur. Nə qədər ki, Şuşasız yaşayırıq həmişə o gərginlikdə olacağıq. Neçə-neçə nəsil Şuşasız getdi bu dünyadan.Götürək elə mənim babam Süleyman Əsgərovu, Şuşa deyə-deyə getdi bu dünyadan. 27 ildir ki, gözləyirik, bundan sonra gözləməyə dəyməz. Mən bir vətəndaş olaraq inanmıram ki, bu məsələ sülh yolu ilə həll olsun. Ola bilsin ki, kimsə razılaşmasın. Bu mənim şəxsi mövqeyimdir. Amma mən tam əminliklə deyə bilərəm ki, bu torpaqları ancaq müharibə yolu ilə almalıyıq. Ermənilər heç vaxt bizə torpaq qaytaran deyil".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın