Ermənilər rus sülhməramlılarının himayəsi altında Xankəndiyə qayıtmağa davam edir
Bu gün Rusiya Müdafiə Nazirliyi 19 avtobusla daha 475 nəfərin Xankəndiyə gəldiyini bildirib.
Qeyd edək ki, ermənilərin 2 gündür Xankəndiyə qayıtması ilə bağlı məlumatlar yayılır. Ancaq paralel olaraq onların ərzaq çatışmazlığı ilə üzləşdiyi də bildirilir.
Ötən gün Rusiya mediası Xankəndiyə qayıdanların çarək belə tapmadığını əks etdirən görüntülər yaymışdı. Maraqlıdır ki. erməniləri zorla geri qaytaranlar onların nə ilə qidalanacağını, nə iş görəcəyini, harda işləyəcəyini qəti düşünmürlər. Sadəcə, bacardıqca daha çox ermənini Xankəndiyə gətirməyə çalışırlar. Onların qısa müddətdən sonra Azərbaycanın Xankəndi şəhərini tərk edəcəyi isə indidən bəllidir./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın