EYYUBOVLA PİRVERDİYEV DƏ ŞƏRİKMİŞ... - 344 hektar torpaq sahəsi əldən-ələ necə keçib? + FOTOLAR

EYYUBOVLA PİRVERDİYEV DƏ ŞƏRİKMİŞ... - 344 hektar torpaq sahəsi əldən-ələ necə keçib? + FOTOLAR 

Azərbaycanda uzun illərdir ki, məmur-oliqarxiyasının hansı “xarüqələr” yaratdığının şahidi oluruq. Demək olar bütün iri bizneslərin, şirkətlərin arxasından hansısa yüksək çinli məmurun adı çıxır.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli Baş nazirin birinci müavini Yaqub Eyyubovun "Azərenerji"nin keçmiş rəhbəri Etibar Pirverdiyevlə şərikliyi barədə maraqlı məlumat paylaşıb.

Məlumatda təkcə bu iki şəxsin deyil, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzliyə yaxın olduğu iddia edilən iş adamının da adı keçir: “Bir neçə gün öncə Baş nazirin birinci müavini Yaqub Eyyubovun Qusarda böyük torpaq sahələri və fındıq bağları alması haqqında yazmışdım.

Bununla bağlı bəzi təfərrüatlar məlum olub. Yaqub Eyyubov həmin bağları və torpaq sahələrini "Azərenerji"nin keçmiş rəhbəri Etibar Pirverdiyevlə şərik alıb. Söhbət ümumilikdə 344 hektar sahədən gedir. 

Onun 98 hektarı Qusarın Çubuqlu, 246 hektarı Həsənqala kəndinin torpaqlarını əhatə edir. Hansı ki, həmin ərazilər adıçəkilən kəndlərin sakinlərinə məxsus olub və xeyli əvvəl "QRANT QARDEN" MMC tərəfindən zəbt edilib.

"QRANT QARDEN" MMC-nin sahibi Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin yaxın adamı kimi tanınan zəngilanlı işadamı Xaliq Abbasovdur. Xaliq Abbasovun müxtəlif şəxslərin adına banklara böyük miqdarda borcu olduğu haqqında dəfələrlə məlumat yayılıb. Görünür, Xaliq Abbasov bu səbəbdən torpaq sahələrini Yaqub Eyyubova satmalı olub.”

/“AzPolitika.info”











Birinci məlumatlanmaq üçün facebook səhifəmizi