Fəzail İbrahimli deputat həmkarına əsəbləşdi- Hansı himndə belə sözlər var?
"Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında" Konstitusiya Qanunu barədə layihənin müzakirəsi zamanı deputat Fəzail İbrahimli dedi.
Onun sözlərinə görə, AXC Azərbaycan gerbinin və möhürünün təsdiq olunması haqqında iki dəfə cəhd edib. Lakin 1919-cu ildə bu istək baş tutmadı. 1920-ci ildə növbəti cəhd oldu. Amma nakam qaldı, Cümhuriyyət süquta yetirildi.
F.İbrahimli əlavə etdi ki, himndə Azərbaycanın təqdimatı, tarixi var: “Bundan necə imtina etmək olar? Dünyada elə bir himndə varmı ki, millət öz canını qurban verməyə hazır olsun? Bunun harasını çıxarmaq olar? Bir dəqiqə ayaq üstə durmaq nə çətin məsələdir? Toxunmaq olmaz belə şeylərə! Xahiş edirəm, bu məsələlərdən yan keçin, başqa məsələlərlə oynamaq olar!”
Oktay Əsədov isə “Yan keçirik, narahat olmayın” deyərək layihəni səsverməyə çıxardı. Layihə ikinci oxunuşda yekdilliklə qəbul olundu.
Bu xəbər üçün şərh yazın