FTX:"Bu ölkələrin sərhədində 5 min İŞİD silahlısı toplaşıb"
“Əfqanıstanın MDB ilə həmsərhəd şimal vilayətlərinə terrorçuların toplanması xüsusilə narahatlıq doğurur.
Bu bölgələrdə İŞİD-in qolu olan “Vilayət Xorasan” qruplaşması artıq 5 minə yaxın silahlı toplayıb”.
Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Düşənbədə keçirilən MDB-yə üzv dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərlərinin Şurasının iclasının açılışında deyib.
Onun sözlərinə görə, silahlıların böyük hissəsini Suriyada döyüşmüş MDB ölkələrinin vətəndaşları təşkil edir.
A.Bortnikov bildirib ki, beynəlxalq terrorçuların Şimali Afrikada və Asiyada özlərinə yeni fəaliyyət sahələri yaratması getdikcə dayanıqlı xarakter alır. /Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın