Gəncə Təhsil İdarəsinə odun və taxta parçaları üçün maliyyə vəsaiti ayrılmayıb- Məktəblər qazlaşdırılıb
8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin xətti ilə, Dövlət büdcəsindən Gəncə Şəhər Təhsil İdarəsinə “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”na 299 min manat pul ayrılmasına dair yayılmış xəbərlər həqiqəti əks etdirmir.
Gəncə Şəhər Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərdə istilik sistemi müasir tələblərə cavab verir, bütün orta məktəblər istilik sistemi ilə təmin olunub,təhsil müəssisələrinin qızdırılması üçün odun və taxta parçalarına ehtiyac yoxdur,bu təyinatla hər hansı vəsait ayrılmayıb.
Məktəblərdə qazlaşdırma aparılıbsa, siniflərin qızdırılması üçün odun alınmasına hansı ehtiyac var? Odur ki,yayılan xəbərlərin heç bir əsası yoxdur, Gəncə Şəhər Təhsil İdarəsindən saytın sorğusuna cavab olaraq bildirilib.
Faktinfo.az-a Gəncə Şəhər Təhsil İdarəsindən verilən məlumatda o da bildirilir ki, 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi müstəqil təşkilatdır,Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tabedir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın