Gəncədə satılmayan yer qalmayıb... - NARAZILIQ VAR!

Gəncədə satılmayan yer qalmayıb... - NARAZILIQ VAR! 

“Gəncə şəhərinin bir çox küçələrində piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilib, ya da ümumiyyətlə standartlara cavab vermir”.

Bu haqda Dünyanınsəsi.Az saytına çoxsaylı şəhər sakinləri tərəfindən göndərilən video-şikayətlərdə qeyd edilir.
Belə ki, son illər piyada səkilərinin zəbt edilməsi adi hala çevirilib. İnsanların gediş-gəlişi çətinləşib. Söhbər Gəncə şəhəri ərazisində olan Nizami küçəsindən gedir.Bəs qanunvericiliyə görə, şəhər daxili küçələrdə səkilərin eni nə qdər olmalıdır? Ümumiyyətlə belə yerlərdə tikilən iaşə, xidmət, ticarət obyektləri və evlər evlər yoldan hansı məsafədə uzaq olmalıdır?

Gəncədə apardığımız qısa araşdırmaya əsaslanıb deyə bilərik ki, əldə etdiyimiz nəticələr vəziyyətin kifayət qədər ürəkaçan olmadığını deməyə əsas verir. Deyə bilərik ki, bir çox küçələrdə piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilib, ya da ki. müvafiq qurumların maddi maraları naminə satılıb? Demək olar ki, bu gün ki, piyada səkiləri ümumiyyətlə standartlara cavab vermir. Bu da piyadaların təhlükəsizliyinin təmin edilməsində bir sıra çətinliklər ortaya çıxarır. Belə ki, bu cür hallarda piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur olduğundan yol nəqliyyat hadisələrinin baş vermə riskini artır.
Belə acınacaqlı durumda hər gün həm sürücülərə həm də öz həyatlarını təhlükəyə atan piyadaların təhlükəsziliyinə hansı dövlət qurumları cavabdehlik daşımalıdr?
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına əsasən, yerli əhəmiyyətli küçə və yollarda səkinin piyada hissəsinin eni 1,5 metrdən az olmamalıdır.

Belə olan təqdirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun quru sərəncamı ilə körpünün üzərində inşa edilən ticarət obyektləri niyə piyada səkilərinin üzərində tikintisinə icazə verilib?
Məhz buna görədə piyadalar ya məcbur olub nəqliyyat vasitələrinin hərəkət zolağına çıxır ya da ki, səki üzərində tikilmiş dönərxananın içərisindən keçməli olur.

Redaksiya olaraq inanırıq ki, tez bir zamanda aşkar edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq dövlət qurumları konkret addımlar atmaqla, şəhərdə qanunsuz olaraq müxtəlif obyektlər tərəfindən zəbt edilən səkilərin standartlara uyğunlaşdırılması və piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə işlərə başlayacaqdır.

Bununla yanaşı, hə də ümid edirik ki, Gəncə şəhər Baş polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəhbərliyi şəhərdə qeyd etdiyimiz ünvanda səkilərin piyadaların hərəkəti üçün uyğun vəziyyətə gətirilməsində müvafiq tədbirlər həyata keçirməklə piyadların təhlükəsizliyini təmin edəcəkdir.
Piyada səkisini zəbt edilməsini özündə əks etdirən video-materialı təqdim edirik:/Dünyanınsəsi.Az

Gəncə şəhər İcra Hakimiyyətindən irəli sürülmüş iddaya  münasibət öyrənmək istəsək də telefon cəhdlərimiz nəticəsiz alındı.Qarşı tərəf mövqeyini bildirə bilər.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi