Gəncədə tələbələrin kütləvi davası:

Gəncədə tələbələrin kütləvi davası: polis hadisəni araşdırır +VİDEO

Azərbaycan təhsilində himayəçilik o səviyyəyə çatıb ki,artıq orta məktəblərdə baş alıb gedən dava-dalaş,bıçaqlanma hadisələri universitetlərə də sirayət edib.Orta məktəb direktorları və universitet rektorlarında yaranan arxayınçılıq o həddədir ki,onlar baş verən istənilən xoşagəlməz hadisənin fərqinə varmırlar.

 Çünkü bilirlər ki,Təhsil Nazirliyi "araşdırılacaq",  "tədbir görüləcək" , "günahgarlar cəzasını alacaq" kimi ifadələrlə ictimaiyyəti yola verəcək.Yəni himayəçilik yüksək səviyyədə təmin olunacaq.Hətta bir sıra ali təhsil ocaqlarından professor müəllim heyətinin ölkə prezidentinə,saytlara olunan mütəmadi müraciətlərinin heç nəyi dəyişmədiyinin fərqindədirlər.Məsələn,iki ilə yaxındır Gəncə -Daşkəsən Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevdən olunan şikayətlər nəyi dəyişib ki? 

 

 Adam yenə iş başında,bildiyini tutmaqdadır.Gəncə -Daşkəsən Şəhər Təhsil İdarəsi ilə bağlı deputatlar da danışdı,dəyişən heç nə olmadı.Həmçinin Gəncə Texnologiya Universitetindən olunan şikayətlərdən kim nəticə çıxartdı,kimlərsə şərti də olsa bir töhmət aldımı? Oranın qucaqlarda gəzən rektorunun bu təhsil müəissəsinə bir faydasının olub-olmadığı müəyyənləşdirildimi? Yoxsa hər şeyin "bazar olsun" deyib,üstündən keçildi.

 

 Eləcə də götürək,Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovdan olunan müraciətləri.Sayı,hesabı varmı professor müəllim heyəti adından rektorun idarəçilik metoduna etiraz şikayətlərinin,bunlardan hansı biri araşdırılıb? Ümumiyyətlə,bu universitetin rektoru,oranın mətbuat katibi verilən sorğulara cavab verirmi?Bu lakonik suallar təsadüfdən yer almır,təbii.Çünkü hər şeyin formal xarakter aldığı belə universitetlərin müəyyən kəsm tələbələrinin düşüncə səviyyəsi o qədər aşağıdır ki,bu halda oraları istənilən şəxsin idarə etməsi çətin olmur.Və oralarda da istənilən hadisə baş verir.Hətta idman zalında baş verən dalaşma hadisəsi sonradan küçələrdə günlərlə davam etdirilir.

  

Yeri gəlmişkən,ötən həftə Aqrar Universitetinin tələbələri ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranan mübahisə kütləvi davaya çevrilib.İndi davanı polis araşdırır.GDU ilə bağlı bu birinci xoşagəlməz hadisədirmi və ya  universitet tələbələri ilə bağlı indiyə kimi hansı tədbirlər görülüb ki,tələbələr arasında dava-dalaş hadisələrini polis araşdırmasın? Bu universitetdə baş verən hadisələrin sayı o qədər çoxdur ki,kim nəyi araşdırdığını da yaddan çıxardıb.

 

O ki,qaldı Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) burada da son aylar nizam-tərəzi pozulmağa başlayıb.ADAU-dan da nazir himayəçiliyinin "iyi" gəlir.Hələlik anonim də olsa professor müəllim heyəti adından    şikayətlər edilir, ADAU-dan. "Kafedralar birləşdirilir", "müəllimlərin ixtisar təhlükəsi var"-deyə,saytlara müraciətlər göndərilir,ölkə prezidentinə vəziyyəti çatdırmaq üçün cəhdlər edilir.Hətta,İnam Kərimovun bu universiteti aqrar sahədən tamamilə məlumatsız  bir şəxsə həvalə etməsinə dair saytlara məlumatlar göndərilir,Zəfər Qurbanovun nazirin həmyerlisi olması qeyd edilir,ölkə prezidenti İlham Əliyevdən yaranmış vəziyyətə dair ciddi bir tədbir görülməsinə göstəriş verməsi xahiş olunur.

 

O cümlədən Professor -müəllim heyəti adından  olunan şikayətlərdə neqativ halların qarşısının alınması üçün tələbələrin istəyinin mümkünlüyü də əksini tapır.Məsələn,ADAU- da imtahan sessiyası yaxınlaşır,universitetin bütün tələbələri neqativ halların qarşısının alınması üçün imtahanların test üsulu ilə keçirilməsini və qarışıq şəkildə cavabların verilməsini tələb edir.Amma rektor əvəzi Zəfər Qurbanov imtahanların hamısını "mən yazılı şəkildə keçirəcəm," deyib,tələbələrin haqlı istəyinə şərait yaratmır.


 Belə bir ərəfədə Aqrar Universitetinin tələbələri ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranan mübahisə kütləvi davaya çevrilir və hadisədən 3 gün sonra xəbər tutan ADAU-nun rektor əvəzi polisə müraciət edir.

Rektor əvəzinin polisə müraciəti baş verən hadisənin miqyasının böyüdülməsi kimi anlaşılır.Çünkü 3 gün böyük müddət hesab edilir və rektor əvəzinin günlərlə xəbəri olmadığı hadisəyə  bu şəkildə yanaşması Gəncə Dövlət Universitetinin rəhbərliyini qane etmir.Beləliklə günlər,ayları,aylar da illəri əvəz edir.Tələbələrə öyrədilməli elm qalır kənarda,təhsil bazar-baydağa çevrilir.Bazar olsun...

 FAKTİNFO.AZ

         


         


 

                                                         



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi