Goranboyda nə işlər çevrilir?.. - Məhərrəm Quliyevə qarşı İDDİA
Bu ilin aprelindən Goranboy RİH rəhbərliyinə gətirilən Məhərrəm Quliyev deyəsən, əvvəlki vəzifəsində - Ağstafanın icra başçısı postunda olarkən sərgilədiyi davranışları təkrarlamaq eşqinə düşüb.
Bu barədə DİA.AZ-a Goranboydan daxil olan müraciətdə deyilir.
Qeyd edək ki, 8 illik fəaliyyəti boyunca Ağstafada yalnız narazılıq yaratmaqla, şəhərdə cangüdənlə gəzməklə diqqət çəkən Məhərrəm Quliyev Goranboy rayonuna təyin olunanda onun yeni siyasətə ayaq uyduracağı, köhnə prinsiplərindən birdəfəlik imtina edəcəyi ehtimal olunurdu.Sayta daxil olan müraciətdən o da aydın olur ki, Məhərrəm Quliyev heç də yeniləşən əhval-ruhiyyənin məmuru ola bilmir.
Sayta daxil olan müraciətdə deyilir: "Bu gün Goranboyda özünə yeni komanda formalaşdırmış kimi görünən Məhərrəm Quliyev əslində, vəzifələri satışa çıxarıb. Bunu rayonda bilməyən yoxdur. Araşdırsınlar, görək, son təyinatlar hansı prinsip əsasında baş tutub... Buradan hər şey aydın olacaq".
Qeyd edək ki, müraciət müəllifi əlavə ittihamlar da səsləndirib ki, bu barədə araşdırma apardıqdan sonra daha geniş bilgiləri təqdim edəcəyik./Dia.az
Goranboy rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək istəsək də zənglərimizə cavab verilmədi.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın