Gürcüstan valyutası yenidən ucuzlaşıb
Gürcüstanın milli valyutası olan lari yenidən ucuzlaşmağa başlayıb.
Gürcüstan Milli Bankının bu gün müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,8845 lariyə bərabər olub. Ötən gün isə dolların lariyə qarşı məzənnəsi 2,8714 lari olub.
Lari həmçinin avro qarşı da ucuzlaşıb. Belə ki, Gürcüstan Milli Bankının müəyyən etdiyi məzənnəyə əsasən, 1 avro 3,2410 lariyə bərabər olub. Ötən gün isə bu göstərici 3,2191 lari təşkil edib.
Xatırladaq ki, iyulun 9-da Gürcüstan milli valyutası olan lari tarixi minimuma enib. Kommersiya banklarında 1 dolların satışı 2,98 lari, avronun satışı isə 3,3450 lari məzənnəsi ilə həyata keçirilib./APA.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın