Hanı həmin QHT-lər, hanı SOCAR-ın puluyla yaşayan media?! – Jurnalistdən sərt ittihamlar

Hanı həmin QHT-lər, hanı SOCAR-ın puluyla yaşayan media?! – Jurnalistdən sərt ittihamlar 

Tanınmış jurnalist Natiq Məmmədli son günlər erməni vəhşilikləri və azərbaycanlıların onlara cavabı barədə maraqlı açıqlama ilə çıxış edib.

Jurnalist indiyə kimi Azərbaycanın xarici dövlətlərdə təbliğat işinin bərbad aparılması, xüsusilə bu sahədə QHT və mediaya ayrılan pulların havaya sovrulduğunu iddia edib.


N.Məmmədlinin yazısını olduğu kimi təqdim edirik:


Ermənilərin xislətinə uyğun olaraq həmvətənlərimizi təkləyib döyməsi və bu zorakılıq aktını sosial şəbəkələrdə piar eləməyə başlaması qəzəb doğurur. Haqlı olaraq adamı özündən çıxardır.


Bəs bunun cavabı nə olmalıdı? Eyni hərəkəti təkrarlamağımız ya “Metsamoru vurarıq” kimi gurultulu bəyanat verməyimiz? Axı deyəsən bir vaxtlar Bakıda kimsə demişdi ki nüvə silahımız var və üzünü İrəvana tuşlamışıq.


Erməni faşist təbliğatının cavabını bu vaxta kimi verməliydik və ya belə iyrənc, ucuz təxribata cavab vermək üçün hazır olmalıydıq.


Soruşmaq istəyirəm “Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması” istiqamətində uzun illərdi dövlətdən qrant sağan QHT-lərimiz hardadı? Hansı həqiqətləri dünyada tanıdıblar? Buraxdıqları keyfiyyətsiz broşuralar, Bakıda keçirdikləri boşboğaz dəyirmi masalar, xaricə qohum-qardaş, yeznə-qayından ibarət turist səfərləri hansı həqiqətlərimizi dünyaya çatdırıb? Xaricdə də adını tədbir qoyduqları “tusovka”larda özləri iştirak ediblər, yəni “monqol turistləri monqol dublyonkalarını” alıblar.


Özəl informasiya resurslarını bir kənara qoyaq, bəs dövlətdən maliyyə alanlar nə iş görür. Dostlarım inciməsin, SOCAR-ın puluyla yaşayan CBC kanalı əcnəbi filmləri rus dilində göstərməyi bəlkə, Azərbaycan tolerantlığının nümunəsi kimi dünyaya təqdim edir? Bu kanalın erməni dilində xəbərlərinə baxan erməni varmı? Niyə Azərbaycan həqiqətləri dünyaya dolma və lavaş təbliğatından qabağa getmir?


Dünya xalqlarının 7-8 dilində yayımlanan Beynəlxalq Radiomuzun səsini eşidən varmı? Hansı dalğada yayımlanır o? Hansı sosial şəbəkədə hesabı var? Axırıncı dəfə hansı eksklüziv xəbər verib? Ümumiyyətlə hardadı o?


İnformasiyanın yazılma qaydası və texnikası var, onu dünyanın hər yerində eyni cür edirlər. Biz ürəyimiz nə istəyir onu da birtərəfli qaydada informasiya adı ilə rus və ya ingilis dilinə savadsız tərcümədə çatdıra bilmərik. Bizə inanmazlar.


Dünyanın güclü xəbər daşıyıcıları haqqında danışmıram. Uman yerdən küsərlər, bizim özümüzün güclü informasiya resurslarımız olmalıdı. Heç kimin bizə borcu yoxdu və bunu bizim əvəzimizdən heç kim eləməyəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi