Heç vaxt imkan vermərəm - Ərdoğan
İmkan vermərəm ki, nə mənə, nə də Mustafa Kamal Atatürkə kimsə dil uzatsın.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Nəinki bizə, bu ölkənin ordusuna, xalqına da heç kim bir söz deyə bilməz. Heç kim türk millətinin qüruru, şərəfi ilə oynaya bilməz. NATO-dakı skandaldan sonra hamı gördü ki, Türkiyə öz hüquqlarını qorumağa qərarlıdır. Bəziləri artıq özünü yığışdırmalıdır”, - Ərdoğan bildirib.
Qeyd edək ki, Norveçdə keçirilən təlimlər zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer almışdı. Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfər ordudan qovulmuşdu. Norveç və NATO isə Türkiyədən üzr istəyib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın