Heydər Əsədovun mülkləri,bahalı maşınları... Foto
Sabiq maliyyə naziri Fikrət Yusifovun Səlim Müslümovun etdiklərini bir zamanlar kənd təsərrüfatı naziri işləmiş Heydər Əsədovun da təkrarlaması barədə açıqlaması yenidən Heydər Əsədovun sərvəti ilə bağlı məsələni gündəmə gətirib.
Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsində çalışan Heydər Əsədovun Rəsulzadə qəsəbəsindəki villalarından biri 5 mərtəbəlidir. İddiaya görə, tikintisi 6 milyon manata başa gələn bu villa 20 sot torpaq sahəsinin içərisində tikilib.
Sabiq nazirin “Milyonerlər məhəlləsi”ndəki 3 mərtəbəli digər villasının isə 2 milyona başa gəldiyi qeyd edilir.
Bundan başqa, Heydər Əsədovun Londonda xeyli mülkü və bahalı avtomobilləri olan Asif Əsədzadə adlı oğlu bir müddət əvvəl xarici mətbuatda London küçələrində Azərbaycana məxsus 90 HO 505 dövlət nömrə nişanlı “Porşe” markalı avtomobillə şütüməsi ilə gündəmə gəlmişdi.
Digər oğlu Vaqif Əsədzadən isə Türkiyədə otel və iri turizm şirkətinin sahibidir. Həmçinin Heydər Əsədov hələ Hesablama Palatasının sədri vəzifəsində olarkən oğlu Vaqif Əsədzadə və həyat yoldaşı Günay Abdullayeva “VAGU (Vaqif və Günay) Turizm Sənaye və Ticarət Limited” şirkətini 2012-ci ilin fevralın 1-də İstanbulda əvvəlcə 100 min türk lirəsi nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Həmin il mayın 2-də nizamnamə kapitalı 1 milyon lirəyə, yəni o dövrün məzənnəsi ilə 650 min dollara qalxıb.
Bu xəbər üçün şərh yazın