HİCRAN HÜSEYNOVA GERİ ÇƏKİLMƏYİMİ İSTƏYİR

HİCRAN HÜSEYNOVA GERİ ÇƏKİLMƏYİMİ İSTƏYİR 

SOS: Media Mənsublarının və ölkə ictimaiyyətinin diqqətinə!

Yenixeber.org: Prosesə qoşulanda hər cür təzyiqi gözə almışdıq. Ancaq bu formada cılızlaşacaqlarını təsəvvür belə etmirdim. O qədər arqumentsiz, o qədər adidilər ki, belə zəif rəqiblərim olduğuna təəssüf edirəm.

1. İki gün öncə Hicran Hüseynovanın qohumu olduğunu deyən iki nəfər şəxs yaxınlarımla görüşərək namizədliyimi geri götürməyimi istəyiblər.

Hicran Hüseynova nədən çəkinir?

Siyasət elmlər doktoru, professordur, 24 ildir bir ölkənin aparıcı komitəsinə rəhbərlik edir, nüfuzu fontan vurmalı olduğu halda sadə bir jurnalistə opponentlik etməkdənmi çəkinir?

☑️Haqlıdır da, bizlər bizə imza verən seçicilərimizə və dürüstlüyümüzə güvənirik. Bu səbəbdən ürəkliyik, qorxmuruq. Qorxacaq nəyimiz var ki? Nə Hicran Hüseynova kimi 170 minlik fırıldaqçılıqda adımız hallanmayıb, nə də iki addımlıq rayonlara avtomobillə deyil helikopterlə səyahət etməmişik. Nə də onun kimi böyük təsir imkanlarına malik bir komitəni fəaliyyətsiz bir quruma çevirməmişik.

Əlimdə var-yox bir qələmim var. Əlim tutandan məmur özbaşınalığından, sadə insanların sosial-iqtisadi problemlərindən yazmışam

-Təmənnasız! Sırf ictimai əsaslarla.

Fərqimizdən çox yazacağıq, bu hələ başlanğıcdır.

Məqsədim 2006- ildən Ailə, Qadın, Uşaq Komitəsinə rəhbərlik edərək bir nəfər də olsun azərbaycanlı ailəsinin, qadının, uşağının dərdinə şərik olmayan Hicran Hüseynova kimi deputat olub, bundan sonrakı həyatımı sığortalamaq deyil, əzilən, susdurulan, hər addımda hüquqları pozulan xalqımın səsini ölkənin ən yüksək tribunasından səsləndirməkdir.

Bu xalq əsl millət vəkilinin necə olduğunu bilməli, görməlidir. Azərbaycan xalqı bunu haqq edir. Hicran Hüseynovanın çoxdan getməli olduğu halda yenidən başlamağa cəhd etməsi qəbuledilməzdir. Halbuki, üzusulu getmək varkən, məni əngəlləyərək yenidən yolunu açmaq istəyir.

2. Qubadlı rayon icra başçısı Malik İsaqov bütün yerli icra strukturlarını səfərbər edib. Niyə? Könül Alıyeva namizədliyini geri götürməlidir.

Məqsəd: Qoy yuxarıda hesab etsinlər ki, Qubadlı rayonunda müxalifət yoxdur. Var Malik İsaqov, bunu bilməniz lazımdır. Müsavat Partiyasının çox güclü təşkilatları var. Təkcə Qubadlı rayonunda yox, ölkənin bütün bölgələrində.

3. Başçı icra strukturunda çalışan, Könül Alıyeva ilə yaxından-uzaqdan qohumluğu olan kim var hamısını təzyiq göstərmələri üçün qısnayır.

Bu barədə ha səbrli olmağa çalışdım, imkan vermədilər. Adlarını çəkməyimə, danışmağa təhrik etdilər.

4. Mən 41 Saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədəm, 125 Saylı Qubadlı-Zəngilan dairəsindən deyil. Kürkünüzə niyə birə düşüb? Axıra qədər də gedəcəm. Qismən demokratik seçki keçirilsə qalib mənəm. Hicran Hüseynova isə udsa-udsa karusel hesabına udar məni. Bunu da yazın bir köşəyə. Başından bəri deyirəm. YAP-ın qarşıma çıxara biləcəyi namizədi yoxdur.

Son zamanlar hakimiyyətdə olanlar bu sözü yaman işlədir. "Kişi kimi mübarizə aparmaq". Mən Hicran Hüseynovanı əsl QADİN kimi mübarizəyə dəvət edirəm. Əgər bacarsa....

Qeyd edim ki, 41-ci dairədən 28-ə yaxın namizəd olsa da 5-6 nəfərin artıq geri çəkildiyi deyilir. Ümid edirəm Hicran Hüseynova mənim o "çəkilənlərdən" olduğımu hesab etmir. İlk cəhddən sonra hesabını götürsün.

Təzyiqlər artdıqca, daha bərkdən danışacağam. Məni susdurmaq kimi bir lüksünüz yoxdur.

MSK sədri Məzahir Pənahov və islahatlara israrlı olduğunu bildirən ölkə başçısı İlham Əliyevin yerlərdə baş verən oyunbazlıqlardan xəbəri yoxdursa xəbərdar olsun, ölçü götürsünlər.

Təzyiqlər davam edərsə, durdurulmasa bunun rəhbərlik səviyyəsində olduğu qənaətində olacağam.

Könül Alı

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər