Hikmət Hacıyev:“Ermənistanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinə hücum cəhdləri boşa çıxıb" - FOTO

Hikmət Hacıyev:“Ermənistanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinə hücum cəhdləri boşa çıxıb" - FOTO 

Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Raket Yevlax rayonunda BTC boru kəmərindən 10 metr aralı düşüb.

Bu məlumat Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” hesabında paylaşıb.

O bildirib ki, 300+ kaset tipli bombaların qəlpələri ətrafa yayılıb: “Boru kəmərinə ziyan dəyməyib. ANAMA hadisə yerində fəaliyyət göstərir. Çarəsiz Ermənistanın enerji infrastrukturuna hücum cəhdləri boşa çıxıb”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi