"Hüquq-mühafizə sistemində islahatların dərinləşməsi dövrün tələbədir" - Çingiz Qənizadə
Çingiz QƏNİZADƏ,Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
Prezident İlham Əliyevin ölkənin bütün sferalarını əhatə edən islahatlar kursu getdikcə daha geniş miqyas alıb. Siyasi, iqtisadi, kadr , struktur və sosial sahələrdə aparılan islahatlar ölkəmizin nüfuzunu daha da artırmış, mövqeyini möhkəmləndirmişdir. Bununla yanaşı, idarəçilik sistemində çevikliyi gücləndirir, operativliyi daha da artırır, müasir çağırışlara uyğunluğu təmin edilir. Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu islahatlar, hətta inqilabi islahatlar adlandırılır və onların ölkə həyatının bütün sahələrində, xüsusilə idarəetmə strukturlarının işinin yenidən qurulmasında böyük rol oynayacağı şübhə doğurmur. Bunu gündəlik həyatımızda hər birmiz görürürük.
Xalq tərəfindən xüsusi dəstəklənən bu islahatlar ölkənin inkişafını yeni səviyyəyə qaldırmaq, cəmiyyətin inkişafına mane olan, hər bir vətəndaşı narahat edən və respublikamızın imicinə xələl gətirən neqativ halları tam aradan qaldırmaq məqsədi daşıyır. Prezident Addministasiyasında, Nazirlər Kabinetində , Milli Məclisdə, məhkəmə-hüqu sistemində aparılan islahatlar artıq öz effektini göstərir. Bütün bunlardan sonra prokurorluq orqanlarında da geniş miqyaslı islahatların aparılması labüd idi.
Son illər prokurorluq sistemində işə qəbulla bağlı yaradılmış obyektivlik, şəffaflıq, demokratik ənənələrə sadiqlik, əslində, bu sahədə islahatların aparılmasından xəbər verirdi. Dövlət başçımız cənab İlham Əliyev Baş prokuror vəzifəsində səlahiyyət müddəti başa çatmış Zakir Qaralovla telefon danışığı zamanı dediyi sözlər də bunu təsdiqləyir. Möhtərəm Prezidentimiz Zakir Qaralovun bu vəzifədə xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik prinsiplərinə sədaqətlə xidmət etdiyini vurğuladı və özünün prezidentlik fəaliyyəti dövründə də prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində onun gördüyü işləri qeyd etdi. Bütün bunlara baxmayaraq, prokurorluq orqanlarında da kadr islahatlarının aparılması zərurəti yaranmışdı. Bu, ölkədə aparılan kadr islahatlarının məntiqi davamıdır.
Ölkəmizdə aparılan kadr islahatları yeni, peşəkar, bilikli, müasir dünyagörüşə malik mütəxəssislərə etimad göstərilməsi, onların önə çəkilməsinə əlverişli şərait yaradıb. Hazırda müasir dünyada siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə müasir yanaşmalar hökm sürürür. Belə bir zamanda peşəkarlara, yüksək keyfiyyətli təhsil almış gənc kadrlara ehtiyac var idi. Bütün bunlardan sonra Baş Prokurorluqda da genişmiqyaslı islahatlar aparılması zərurəti yarandı.
Dövlət başçısının təqdimatı ilə Baş rokuror təyin olunmuş Kamran Əliyevi uzun illərdir ki, tanıyıram . Mən özüm uzun müdddət prokurorluq orqanlarında və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasında (indi komitə) çalışan bir şəxs kimi bu təyinatı yüksək dəyərləndirirəm. Hesab edirəm ki, ölkəmizdə aparılan hüquq-mühafizə sistemində islahatların dərinləşdirilməsi çox vacibdir. Bu, qanunun aliyinin təmin edilməsində mühüm rol oynayacq. Son illər ölkədə korrupsiaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldığı bir zamanda kadr islahatını və dövlət başçımızın bu addımını yüksək dəyərləndiriəm. Bu qətiyyətli addımlar ölkə vətəndaşları tərəfindən fə dəstəklənir. Bu, bir daha təsdiqləyir ki, kadrların peşəkarlığı dövlət başçısının diqqət mərkəzindədir.
Möhtərəm Prezidentimiz yeni təyin olunmuş Azərbaycanın Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən səsləndirdiyi fikirlər də bir daha təsdiqləyir ki, genişmiqyaslı islahatların aparılması vacibdir. Dövlət başçımızın “sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz” – deməklə yeni təyin olunmuş Baş prokura böyük ümid bəslədiyini diqqətə çatdırır.
Cənab Prezident bir daha tapşırdı ki, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvərxorluq olmamalıdır. Bu hallar həm inzibati yollarla, həm institusional üsullarla , həm də cəza tədbirləri ilə aradan qaldırılmalıdır. Ümid edirəm ki, prokurotrluq sistemində aparılan genişmiqyaslıislahatlar bu sahədə də əsaslı dönüş yaradacaq. Möhtərəm Prezidentimizin dediyi kimi: “Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da uğurla inkişaf etsin, müstəqilliyimiz daim möhkəmlənsin. Əlbəttə ki, istənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdırlar, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır”.
Bu xəbər üçün şərh yazın