İcra başçısı ilə bağlı sensasion açıqlama: “Köhnə komanda ara qarışdırmaqda davam edir”

İcra başçısı ilə bağlı sensasion açıqlama: “Köhnə komanda ara qarışdırmaqda davam edir” 

“Tərtər sakinləri kütləvi şəkildə yürüş keçiriblər. Səbəb isə Tərtərdə Türkiyə bayrağının endirilməsi olub. Eyni hadisə bu günlərdə Sumqayıtda baş vermişdi.

Rəsmi qurumlardan xahiş edirəm, bu iki halı ciddi araşdırsınlar və bunu edənlərin hansı məqsəd güddüklərini müəyyənləşdirsinlər. Başa düşdüyüm odur ki, köhnə komanda ara qarışdırmaqda və ölkə rəhbərliyinin siyasətinə qarşı çıxmaqda davam edir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov xatırladıb ki, Tərtərin icra başçısı Müstəqim Məmmədov bundan əvvəl Yevlax rayonun iki İcra başçısının müavini vəzifəsində çalışıb - Elmar Vəliyevin və Qoca Səmədovun: “Hər ikisinin aqibəti məlumdur. Aprel döyüşlərindən ziyan çəkmiş evlərin təmirinə Prezidentin səfərindən sonra ayrılan 3 milyon manatın hara xərcləndiyi, cəbhə xətti boyunca insanların acınaqlı vəziyyətdə yaşadıqları barədə bir neçə dəfə paylaşımlar etmişəm. Çünki həmin rayondan daima şikayət dolu məktublar alıram. Uzun yazmadan aldığım bir məktubu Sizlə bölüşürəm: "Bu adam aprel döyüşləri ərəfəsində şəhidlərin adı ilə idarə müdirlərindən 200-300 manat arası, icra nümayəndələrinin hər birindən isə 30 manat pul yığan olub. Bu adam həbs olunan icra başçılarının etdikləri cinayətlərin hamısını, yəni predmet olaraq hər birini Tərtərdə edibdir. 


Məsələn içtimai işə cəlb olunanların kartlarını müavini Ramiz Şabanovla birlikdə mənimsəməsi, həmin işə cəlb olunmuş şəxsləri əvvəllər YAP binası olmuş, sonradan isə mənimsəyərək özünə villa tikdirən ərəfələrdə orada aylarla pulsuz fəhlə kimi hambal kimi işlətməsi, yaxınlığında yerləşən Tərtər Peşə Liseyinin pəncərələrini villası görünməsi deyə hördürməsi, prezidentin sərəncamı ilə qazılmalı olan artezian quyularının qazılacaq yerinin təyin olunması üçün müavinləri Xatirə və Abbas vasitəsi ilə 10 min, 8 min rüşvət aldıraraq icazə verməsi, Səhiyyə, Mədəniyyət və Təhsil idarələrində külli miqdarda yeyintilərin həyata keçirilməsi, suvarma sistemləri, hidroqovşaq, subartezian idarələri səhiyyə, bağçalar, məktəblər və digər ictimai yerlərin müdirlərinin hamısının aylıqda olması faktları da danılmazdır. 


Ağdam-Bərdə yolunda yerləşən 4 yol ərazisində özünə böyük bazar tikdirib, şəhər mərkəzində idman zalı kimi fəaliyyət göstərən obyekti, onun yanında moykası, mərkəzi xəstəxananın yanında apteki, qaçqınlara tikilən binaların qarşısında obyektləri bu qədər cinayətlər eyni motivi yaratmırmı? Baxçaya müəlliməni 10 min manata qoyur, bələdiyyələri 3000 manat alıb seçdirib təyin edib". Çoxlu sayda şikayətlərə baxmayaraq heç bir tədbir görən yoxdur. Görən bunun arxasında duran şəxs Prezidentdən də güclüdürmü?! Mənim gördüyüm isə odur ki, nə qədər ki, Zeynal Nağdəliyev kimiləri icra başçılarını Prezidentdə təqdim edəcək, belə də olacaq. Əminəm ki, bu gün həbs olunan icra başçıları Z.Nağdəliyevdən xəbərsiz o qədər cinayətləri edə bilməzdilər. Tərtər rayonuna xüsusi diqqət ayırmağım isə hansısa şəxsi qərəzdən deyil, onun cəbhə bölgəsində olmağı ilə bağlıdır. Belə bir həssas məqamda, torpaqlarımızın azad edilməsinə hazırlıq dövrü cəbhə xətti rayonlarına xüsusi diqqət ayrılmalı, orada xanlıq edən məmurlar barədə ciddi tədbirlər görülməlidir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi