İcra başçısı ilə baş redaktor arasında QALMAQAL - ŞOK İTTİHAMLAR
"Goranboyun icra başçısı Məhərrəm Quliyev rayonda vəziyyəti “kritik hədd”ə çatdırdı və bu gün həm icra başçısının, həm də onun tabeçiliyində çalışan bir-neçə "troll dəstəsi”nin söyüş hücumlarına məruz qalmışıq.
Təsəvvür edin ki, rayonda yaşayan yaxın qohumlarıma “Sizi işdən çıxardacam” deyib, açıq-aşkar şəkildə hədə-qorxu gəlirlər. Yaxınlarıma qarşı “troll dəstəsi”nə aid olan şəxslərin qərəzli yanaşmaları bir daha onu söyləməyə əsas verir ki, “hücuma keçənlər"in əksəriyyəti, məhz Məhərrəm Quliyev tərəfindən “idarə olunan ünsürlərdirlər”". DİA.AZ bildirir ki, bu sözlər "Gündəm Xəbər" qəzetinin rəhbəri Şirin Cəfərinin ölkə rəhbərliyinə müraciətində yer alıb.
Daha sonra narazı baş redaktor fikirlərini belə davam edir: "Heç cür inana blmərik ki, bu cür biabırçılığa ölkənin siyasi rəhbərliyi göz yumsun. Çünki, icra başçısı Məhərrəm Quliyevin və onun “troll dəstəsi”nin atdığı addımlar olduqca utanc hissi gətirən addımlardır. Hazırda rayonda görüləsi işlər çox olsa da, bu şəxslərin gündəlik işi-gücü sosial şəbəkələrdə mətbuata qarşı söyüş kompaniyası aparmaqdan ibarətdir. Medianın tənqidi açıqlamalarına rəsmi münasibət bildirmək əvəzinə, görəsən söyüş sözləri söydürməyə adət etmiş bir şəxsin Goranboya rəhbərlik etməsinin nə qədər mənəvi, nə qədər hüquqi ixtiyarı var? Bildirirəm ki, hazırda idarə, müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan yaxın qohumlarıma ciddi təzyiqlər göstərilir və “yoxlamalar” göndəriləcəyi ilə bağlı hədədolu mesajlar da çatdırılır.
Fakt ondan ibarətdir ki, sanki Goranboyda bir “gestaporejim” hökm sürür. Hətta, mənə qarşı söyüş sözləri söyən məmurlardan birini boya-başa çatdığım Qazanbulaq qəsəbəsinə göndərirlər və “Gedin Şirin Cəfərinin təhsil sahəsində və digər sahələrdə çalışan qohumlarının işdən azad olunmaları haqda ərizələrini alın” deyə tapşırıq da verirlər. Qohumlarım işdən çıxmaları haqda könüllü ərizə yazmaqdan imtina etdikləri üçün, onların təftiş və təqib olunacaqları bildirilir. Heç bir nöqsan tapa bilmədikdə isə, sanki tülkü kimi məktəbin və digər idarə, müəssisə və tşkilatların divarlarının dibində gizlənərək, bir növ “güdükçü” funksiyasını yerinə yetirirlər.
Məqsədləri odur ki, maskasız olsalar şəkillərini çəkib nöqsan tutsunlar və işdən azad etsinlər. Hələ ki, bu gün onlar istədiklərinə nail ola bilmirlər və hər cür cılız hərəkətlərə də qol qoyurlar. Rəhbərlik etdiyim mətbu qurumda dərc olunan faktların qarşısında aciz qalan icra başçısı, məhz “troll dəstəsi”nə tapşırıq verdi ki, təhqirə, şantaja üstünlük verib hücuma başlasınlar. Səsləndirdikləri şər-böhtanlar əks-səda yaratdı, özlərinə “başağrısı” əmələ gətirdi, ona görə də onlar bu gün hücum taktikasını dəyişdiriblər. Hazırda icra başçısı tabeçiliyində çalışan şöbə müdirinin müavini olan bir “gədəçə”ni göndərir və “Get jurnalistin dövlət müəssisələrində işləyən qohumlarını izlə və onlardan nöqsan tap” deyə tapşırığını verir. Həmin “gədəçə” də özünə aid olan işləri buraxır və qeyri-qanuni işlərlə məşğul olmağa başlayır. Vallah ayıbdır! Əslində icra başçısı
Məhərrəm Quliyev və onun tabeçiliyində çalışıb söyüş sözləri söyən məmur işindən alınmalı və hər iki şəxs məsuliyyətə də cəlb olunmalıdırlar. Mən "Gündəm Xəbər" qəzetinin rəhbəri Şirin Cəfəri olaraq ölkə başçısı cənab İlham Əliyevə səslənirəm ki, Goranboyun icra başçısının özbaşına hərəkətlərini durdursun! Əks halda Azərbaycan vətəndaşlığından imtina edib, xarici ölkələrdən sığınacaq almaq üçün müraciətlər etmək məcburiyyətində qalacağam"
Bu xəbər üçün şərh yazın