İcra hakimiyyəti 4 tenderi bir şirkətə verdi – SİYAHI
Qəbələ rayon icra hakimiyyəti müxtəlif mal və xidmətlərin alışını nəzərdə tutan 4 tenderə yekun vurub.
Tenderlərin hamsını bir şirkət – «Qəbələ İnşaat» MMC qazanıb. Tenderlərin ümumi məbləği 112 min manat təşkil edib.
Şirkətin qazandığı tenderlər və məbləğləri aşağıdakılardır:
1. Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması (Mal materialların alınması) – 10490 AZN
2. Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması.( Yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması) – 12973 AZN
3. Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması (Mal-material alınması) – 39 832 AZN
4. Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması (Yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması) – 48194.5 AZN /fed.az
Bu xəbər üçün şərh yazın