İdman müəllimi Asif Əsgərov necə icra başçısı oldu..?

İdman müəllimi Asif Əsgərov necə icra başçısı oldu..? 

Asif Əsgərov idman yarışında erməniyə qalib gəlib bayrağımızı qaldırsaydı, biz onu 3 əlli alqışlayardıq…

Nəsimi Rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərovun əməllərinə keçməzdən öncə onun ömür yoluna qısa bir nəzər salaq. Əsgərov Asif 1966-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirb. Sonralar idman məktəbində məşqçi, idman klubunun sədri, cüdo üzrə komandanın rəisi olub, sonra İdman Nazirliyində çalışıb və…

Nəhayət 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı olub, 2015-ci ildən isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyır. Əməkdar Məşqçidir.
Biz bilirik ki, bütün peşələr cəmiyyət üçün vacibdir, o cümlədən idmançı peşəsi də. İdmançılarımız yarışlarda bayrağımızı qaldıranda hamımız qürur duyuruq. Amma..

Əmması odur ki, hər peşənin cəmiyyətdə öz yeri var, bax bu yeri səhv salmaq lazım deyil. Şair Qabil demişkən…Dözülməz oluruq biz, Səhv düşəndə yerimiz…
Bəli, bizim məqsədimiz hansısa peşəni aşağılamaq deyil. Dahi Nizami deyəndəki…Rütbələr içində seçilir biri, hamıdan ucadır alimin yeri… Məgər Nizami başqa peşələri, sənətləri aşağılayırdı..? Əsla. Amma alimin cəmiyyətdəki yerini göstərirdi. Biz də Asif Əsgərovun İDMANÇI olduğunu deməklə onun sənətini aşağılamırıq. Əgər Asif Əsgərov idman yarışlarında erməniyə qalib gəlib bayrağımızı qaldırsaydı, biz onu 3 əlli alqışlayardıq. Amma Asif Əsgərov məmur, özü də icra başçısı olmağı üstün tutub. Bir anlığa  70 il yaşadığımız sovet dövrünü gözümüzün önünə gətirək. İdman müəllimi nəinki rayonun 1-ci katibi, heç orta məktəb direktoru ola bilmirdi və olmayıbda.

Deməli, idmançının, məşqçinin rayona rəhbərlik etməsi kökündən yanlışdır. İndi nə edək ki, zəlzələdən, ya vəlvələdən Asif Əsgərov 20 ilə yaxındır ki, müxtəlif rayonlara, hətta Bakının ən böyük rayonlarına rəhbərlik edir. Amma necə edir..?
Yuxarıda qeyd etdik ki, Asif Əsgərov yaxşı MƏŞQÇİ-dir. Və rayonların üzərində də sanki MƏŞQ eləyir, özü də RÜŞVƏT və KORRUPSİYA məşqi… Asif Əsəgrovun Nəsimi rayonu ərazisindəki yaşıllıqları məhv etməsi, əraziləri satması barədə ölkə mediasında kifayət qədər yazılıb. Bu adam icra başçısı olandan sonra Nəsimi rayonu ərazisində torpağın 1 sotunun qiyməti 10-15 dəfə bahalaşıb. Asif Əsgərov təkcə iş adamlarından, biznesmenlərdən pul tələb etmir ee…hətta utanıb qızarmadan məmurlardan, millət vəkillərindən də rüşvət tələb edir.

Bir neçə il əvvəl millət vəkili ( hazırda Milli Məclis sədrinin müavini ) Adil Əliyevin dedikləri yəqin ki, yaddaşlarda qalıb: “İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir… Bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?”.

Təsəvvür edirsiniz, obyektə bir qapı açmağın qiyməti 30 min manat… İndi görün obyekt tikənlərdən, yüksək mərtəbəli bina tikənlərdən Asif Əsgərov kimilər neçə milyon tələb edir..? Həm də ən dəhşətlisi odur ki, icra başçısı 30 min manatı millət vəkilindən tələb edir. Və… Mediada yazılanlara görə, icra başçısı nə desə yaxşıdır: Mənim də xərclərim var də, ora-bura verirəm, 30 min versin, qapı açsın…

Bax, indi gördünüzmü, idman müəlliminin, məşqçinin 100-150 minlik rayona rəhbərlik etməsi nə deməkdir. Yenə şair Qabil yada düşür: Dözülməz oluruq biz, Səhv düşəndə yerimiz… Cənab Asif Əsgərov, sənin yerin səhv düşüb…Get ….yerini tap. …

Bəli, yeri tapmaq ən önəmli məsələlərdən biridir. Amma Asif Əsgərovun ən önəmli məsələsi isə, vəzifə pillələrində iri addımlarla irəlliləməsində ən güclü dayağı olan şəxsdən asılı idi. Bildiyimizə görə, Asif Əsgərovu vəzifədə həmişə irəli çəkən Ramiz Mehdiyev olub. Çünki, Ramiz Mehdiyevin həyat yoldaşı ilə Asif Əsgərovun anası yaxın qohum olublar. Məhz ona görə də, Ramiz Mehdiyev idman müəllimi olan Asif Əsgərovu icra başçısı postuna qədər gətirib çatdıra bilib. Əgər Ramiz Mehdiyev olmasaydı, Asif Əsgərov heç icra nümayəndəsi də ola bilməzdi. Çünki, onun gənc yaşlarında törətdiklərini Samirdən yaxşı bilən yox idi. Əgər həmin məsələlər araşdırılsa, Göyçədə olan “Qazangöl” yada düşəcək.
P.S. Kənddə idman müəlliminə “dombalaq” müəllimi deyirdilər…

/Gündəlik Bakı.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər