İmamoğlu həbs qərarını öyrənəndə belə reaksiya verib -

İmamoğlu həbs qərarını öyrənəndə belə reaksiya verib - Video

Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu YSK sədrini və üzvlərini təhqir etdiyi iddiası ilə 2 il 7 ay 15 gün həbs cəzası alıb, səsvermə və seçilmə hüququnun qadağan edilməsinə qərar verilib.

 Ə. İmamoğlunun həbs qərarını öyrəndiyi anın kadrları yayılıb.

Belə ki, ətrafındakılardan biri onu verilən qərarla bağlı məlumatlandırıb.

İmamoğlu, “Bir ovuc insan xalqın verdiyi səlahiyyəti ala bilməz. Mübarizəmiz Allahın izni ilə daha güclü başlayır”, - deyə bildirib.

Həmin an İmamoğlunun kabinetində həyat yoldaşı Dilek İmamoğlu, İYİ Partiya sədri Meral Akşener, Bələdiyyənin yüksək vəzifəliləri və mənsubu olduğu partiyanın (CHP) üzvləri olub.

Videoda Akşenerin qərardan sonra Əkrəm İmamoğlu və həyat yoldaşı Dilek İmamoğlunu qucaqladığı və onlara dəstək olduğu görülüb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər