İran ABŞ-a qarşı bu üsuldan istifadə edəcək - Leonkev

İran ABŞ-a qarşı bu üsuldan istifadə edəcək - Leonkev 

İran kimi ölkələrin ən unikal və gizli silahı xaricdəki insanlarıdır. Bütün dünyadakı şiəliyin davamçıları istənilən vaxt İrana sadiqliklərini nümayiş etdirə bilərlər.

Deyə bilərəm ki, onların hamısı xüsusi xidmət orqanlarına çalışırlar, amma münasibətlərin xarakteri heç kim tərəfindən ortaya çıxarılmır.

Bunu “Svpressa.ru” açıqlamasında rusiyalı hərbi ekspert Aleksey Leonkev deyib.

“Bu insanlar adi həyat yaşayır, heç nə ilə diqqət çəkmirlər. Ehtiyac yarananda isə diversiya, casusluq və digər işlərə qoşula bilirlər. İranın kəşfiyyat xidmətləri regionda ən yaxşılardan biridir və onlar belə unikal metodlarla çalışırlar.

ABŞ-ın İrana münasibətdə oyununa gəlincə, məncə, bu, regionun taleyini fikirləşmək və ya İran nefti ilə bağlı deyil, bu, daha çox uran filizi yataqları ilə bağlıdır. Onların bu növ yanacağa ehtiyacları var. ABŞ-ın öz ehtiyatları konservləşdirilib və onlar kifayət qədər deyil. Şimali Koreya ilə də situasiya bu cürdür. Orada da uran olduğu üçün bu ölkəyə müdaxilə edirlər”, – deyə o bildirib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi