İranlı admiraldan ABŞ-a sərt xəbərdarlıq:"DƏFƏLƏRLƏ TƏKRAR EDƏ BİLƏRİK”

İranlı admiraldan ABŞ-a sərt xəbərdarlıq:"DƏFƏLƏRLƏ TƏKRAR EDƏ BİLƏRİK” 

ABŞ İranın hava məkanının pozulacağı təqdirdə Tehranın sərt cavab vermək qabiliyyətində olduğunu bilir.

Bunu İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi deyib.

O bildirib ki, ABŞ özünün ən ağıllı və ən təkmil patrul təyyarəsini qadağan olunmuş zonaya göndərib:

“Hamı gördü ki, bu pilotsuz aparat dayandırıldı və bəyan edirik ki, biz bunu dəfələrlə təkrar edə bilərik”.

Xatırladaq ki, ötən həftə İran öz hava məkanında ABŞ-a məxsus pilotsuz dronu vurduğunu bəyan etmişdi. /Trend.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi