İsmayıllı RİH-dən İvanovkadakı etiraza reaksiya: "Onların kolxozla heç bir əlaqələri yoxdur"
Nikitin adına kolxozun fəaliyyəti ilə əlaqədar İvanovka kənd sakinləri tərəfindən verilən müsahibə ilə bağlı bildiririk ki, 1996-cı ildə Azərbaycan Respublikasında kolxoz və sovxozlarda aqrar və torpaq islahatları zamanı İvanovkada kənd sakinləri Ümummilli lider Heydər Əliyevə müraciət edərək kəndin kollektiv idarəetmə - kolxoz formasının saxlanmasını xahiş etmişlər. Kənd sakinlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq kolxoz idarəetmə sistemi saxlanılmışdır. Hazırda da təsərrüfat kollektiv formada fəaliyyət göstərir.
Bu barədə İsmayıllı Rayon İcra Hakimiyyətinin məlumatında (RİH) bildirilir.
"Təsərrüfatda bitkiçilik, üzümçülük, heyvandarlıq sahələri inkişaf etdirilir. Qeyd etmək lazımdır ki, 2022-ci ildə Nikitin adına kolxozun tarixində ən yüksək - yəni hər hektardan 50,6 sentner məhsul götürülüb. Belə ki, dənli-taxıl bitkilərindən 23 min tondan artıq məhsul əldə edilib. Video materialda çıxış edən Adil Cabbarov, Boris Yadıgin, Elşən İsayev və Asif Ağayevin kolxozla heç bir əlaqələri yoxdur. Onlar fərdi işlərlə məşğuldurlar. Adları qeyd olunan şəxslərin səsləndirdikləri fikirlər həqiqətə uyğun deyil, şantaj xarakteri daşıyır. Statistikaya görə kolxozda 457 nəfər işçi çalışaraq əmək haqqı alır", - məlumatda qeyd olunub.
Bu xəbər üçün şərh yazın