İspaniya Prokurorluğu Joze Mourinyunu vergi ödəməməkdə ittiham edib

İspaniya Prokurorluğu Joze Mourinyunu vergi ödəməməkdə ittiham edib 

İspaniya Prokurorluğu İngiltərənin “Mançester Yunayted” futbol klubunun baş məşqçisi, portuqaliyalı Joze Mourinyunun Madridin “Real” klubunda işlədiyi dövrdə vergi ödəməməsindən şübhələnir.

“The Independent” nəşrinin yazdığına görə, prokurorlar J.Mourinyu əleyhinə ittihamın iki bəndi – 2011-ci və 2012-ci illərdə 3,3 milyon avro məbləğində vergidən yayınma barədə iddia qaldırıblar.

Portuqaliyalı məşqçi “Real”a 2010-2013-cü illərdə başçılıq edib və bu komanda ilə birlikdə İspaniya çempionatını, İspaniya Kubokunu və Superkubokunu udub.

Daha əvvəl mətbuatda J.Mourinyunun İspaniya xəzinəsinə 12 milyon avro borcu olması barədə informasiya yayılmışdı.

Əvvəllər “Barselona” klubunun hücumçusu Lionel Messiyə, – məhkəmə onu 21 ay müddətinə şərti həbs cəzasına məhkum edib, – habelə “Real”ın ulduzu Kriştianu Ronalduya qarşı da analoji ittihamlar irəli sürülüb.

Kriştianu Ronaldu offşor şirkətlər vasitəsilə həyata keçirildiyi reklam kampaniyasının gəlirlərindən 14,7 milyon avro məbləğində vergi ödəməməkdə ittiham olunur. Onun işinə hələ məhkəmədə baxılır.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər