İsrail səfiri etimadnaməsini Türkiyə Prezidentinə təqdim edib

İsrail səfiri etimadnaməsini Türkiyə Prezidentinə təqdim edib - FOTO

İsrailin Ankaradakı yeni səfiri İrit Lillian çərşənbə axşamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana etimadnaməsini təqdim edib. Bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.


Mərasim mətbuata bağlı qapılar arxasında keçirilib.

Daha əvvəl Ankarada İsrailin müvəqqəti işlər vəkili vəzifəsində çalışan Lillian 4 illik fasilədən sonra yəhudi dövlətinin Türkiyədəki ilk səfiri olub. Onun təyinatı oktyabr ayında İsrail hökuməti tərəfindən təsdiqlənib.

Eyni zamanda Türkiyənin Təl-Əvivdəki səfiri də təyin edilib. Diplomatik nümayəndəliyə 2010-2013-cü illərdə Şakir Özkan Torunlar rəhbərlik edib. O, Türkiyənin Qüdsdəki baş konsulu vəzifəsində çalışıb.

Səfirlərin təyin edilməsi və akkreditasiyası ilə Ankara və Təl-Əviv diplomatik münasibətləri tam bərpa ediblər.

Qeyd edək ki, 2018-ci ildə Türkiyə Qəzza zolağı ətrafında yaranmış vəziyyətə görə İsraildəki səfirini geri çağırıb. Eyni zamanda yəhudi dövlətinin səfiri də Ankaranı tərk edib.

Bu ilin avqustunda Ərdoğanla daha sonra İsrailin baş naziri Yair Lapid arasında telefon danışığı olub, nəticədə diplomatik münasibətlərin tam şəkildə bərpası və iki dövlətin səfirlərinin paytaxtlara qayıtması barədə razılıq əldə edilib.

 Faktinfo.az

İsrail səfiri etimadnaməsini Türkiyə Prezidentinə təqdim edib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər