İsrail və Amerika "İrana hücum" təlimi keçirir

İsrail və Amerika "İrana hücum" təlimi keçirir 

Amerika və İsrailin bu birgə təlimində uzun uçuşlar və yanacaq dolduran təyyarələr İranın nüvə obyektlərinə hücum ssenarilərinin simulyasiyası şəklində istifadə olunur.

İsraildə nəşr olunan "Jerusalem Post" qəzeti İranın nüvə obyektlərinə hücum ssenarilərini simulyasiya edərək, noyabrın 29-da Amerika və İsrail arasında birgə hərbi təlimlərin keçirildiyini açıqlayıb.

Xəbərə görə, İsrail Hərbi Hava Qüvvələrinin son illərdəki ən böyük təlimlərindən biri olan bu təlim, İsrail pilotlarının İrana çatması üçün lazım ola biləcək uzaq məsafəli uçuşları ehtiva edir.

“Jerusalem Post” həmçinin yazıb ki, bu, son illərdə İsrail və Amerika arasında keçirilən ən böyük birgə hava təlimlərindən biridir və noyabrın 1-dən dekabrın 3-ü axşamına kimi Aralıq dənizi və İsrail üzərində keçirilməsi planlaşdırılıb. /Gunaz.tv

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi