İYİ Partiya imtina etdi : Maral Akşənər həlledici anda...
Türkiyədə keçiriləcək prezident və TBMM-nə seçkilər dünyanın maraq mərkəzindədir.Nəinki qardaş ölkə vətəndaşları,aparıcı ölkələrin prezidentləri belə “altılı masa”nın prezidentliyə namizədinin kim olacağını maraqla izləyirlər.
Uzun müddətdir ki, “altılı masa” namizədini elan etməkdə çətinlik çəkir.Bu vəziyyət isə Türkiyə ictimaiəti ilə bərabər,bütün dünya gündəmini məşğul edir.Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri,Prezident Rəcəb Tayyib Ərdoğanın alternativi kim olacaq suallar doğurur. Nəhayət, 2 mart tarixində 5 partiya sədri CHP rəhbəri Kamal Qılıncdaroğlunun vahid namizədliyini dəstəkləsələr də,İYİ Partiyasının rəhbəri Maral Akşənər partiyadaşları ilə ümumi məsləhətləşmələri əsas gətirərək yekun qərarı vermək üçün vaxt istədi.
Faktinfo.az saytı xəbər verir ki, hamı Maral Akşənərdən müsbət qərar gözləyərkən o,bir gün sonra CHP-nin Ankara və İstanbul bələdiyyə sədrləri- Mansur Yavaş və Əkrəm İmamoğlunun namizədliyini dəstəklədiyini bildirib.Bununla da CHP lideri Kamal Kılıçdaroğlunun vahid namizədliyini dəstəkləməkdən imtina edib.Xəbər ölkə mətbuatına duyurulduğu təqdirdə “altılı masa”da çaxnaşma yaşanıb.CHP lideri Kamal Kılıçdaroğlu çıxılmaz durumla qarşılaşıb.
Faktinfo.az onu da bildirir ki,“altılı masa” xaric HDP-də Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləyən kimi görünür. Bir tək ,İYİ Partiyasının rəhbəri Maral Akşənər hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, Prezident Rəcəb Tayyib Ərdoğana qalib gələ biləcək namizədlər kimi Mansur Yavaş və Əkrəm İmamoğlunu təxmin edir,üzərində dayanır.Rəy sorğularına görə İYİ Partiyasının səsləri 12 faizlik bir nəticəni əhatə edir.
Qeyd edək ki,Türkiyədə keçiriləcək prezident və TBMM-nə seçkilər 14 may- tarixi bir günə təsadüf edir.Prezident Rəcəb Tayyib Ərdoğana qarşı birləşən "altılı masa"nın vahid namizədinin məğlub olacağı təqdirdə, həmin partiya sədrlərinin də tarixin arxivinə veriləcəyi qaçılmaz olacaq.
FAKTİNFO.AZ
Bu xəbər üçün şərh yazın