Kasıbları təhqir edən sürücü üzr istədi - Video
Bakıda aztəminatlı ailələri təhqir edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin məlumatına görə,polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.
S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşman olduğunu deyərək üzrxahlıq edib.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gelandevagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılmışdı.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın