Katalikos II Qareginə, dünya ermənilərinə, Qarabağda yaşayan ermənilərə Bakı ermənilərindən MÜRACİƏT

Katalikos II Qareginə, dünya ermənilərinə, Qarabağda yaşayan ermənilərə Bakı ermənilərindən MÜRACİƏT 

Bakı şəhərində yaşayan ermənilər dünya ermənilərinin katalikosu II Qareginə, dünya ermənilərinə, Qarabağda yaşayan ermənilərə müraciət edib.

Müraciətə on minlərlə erməni adından bir qrup şəxs imza atıb. 


Faktinfo.az Demokrat.az-a istinadən  müraciəti olduğu kimi təqdim edir:


Dünya ermənilərinin katalikosu II Qareginə, dünya ermənilərinə, Qarabağda yaşayan ermənilərə Bakıda yaşayan ermənilərin müraciəti


Bu gün Azərbaycanda on minlərlə erməni yaşayır. Burada dinindən, irqindən asılı olmayaraq, bütün insanlara eyni münasibət göstərilir, Konstitusiyanın öz vətəndaşlarına verdiyi hüquqlardan hamı bərabər yararlanır.


Artıq 30 ildən çoxdur ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu illər ərzində demək olar ki, davamlı olaraq sivil Azərbaycan vətəndaşları, hətta uşaqlar, qocalar Ermənistan tərəfindən atəşə məruz qalıb, qətlə yetirilib.


Dünya ermənilərinin katalikosu II Qareginə müraciət edirik


Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin durdurulmasında, işğal edilmiş Azərbaycan torpaqlarının öz sahiblərinə qaytarılmasında öz nüfuzu və gücündən istifadə etsin. Nahaq qanların axıdılmasının qarşısının alınmasına dəstək olsun. Dünyada bütün dinlər insanların dinc, yanaşı, sülh içində yaşamasına xidmət edir. Bizim din xadimlərimiz də buna çalışmalı, dünya miqyasındas barəmizdə formalaşmış mənfi imicin götürülməsinə səy göstərməlidirlər.


Dünya ermənilərinə, ayrı-ayrı erməni lobbilərinə müraciət edirik


Dəstəyinizi insanların sülh içində yaşamasına yönəldin. Bu günə qədər heç bir müharibə insanlığa xeyir gətirməyib. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 1 milyondan artıq azərbaycanlı öz ev-eşiyindən qaçqın və köçkün düşüb.


Bu gün də Ermənistan işğalçılıq siyasətini davam etdirir. Bütün bunlar dünyada erməni xalqı barədə mənfi, insan düşməni, qaniçən fikri formalaşdırır. Xocalıda Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı erməni tarixinə qara ləkədir və bizim üçün çox utancvericidir.


Niyə Ermənistan qonşu Azərbaycanla dinc, yanaşı yaşamaq istəmir, onun torpaqlarını işğal edir, hər gün azərbaycanlı uşaqları, qocaları raketlərin hədəfinə çevirir?


Son günlər Ermənistan Azərbaycanın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Beyləqan, Ağcabədi, Şəmkir, Tovuz və digər yaşayış məntəqələrini raket atəşinə tutur. Atəş yalnız mülki azərbaycanlıların deyil, bu şəhərlərdə yaşayan müxtəlif xalqların rus, yəhudi, ləzgi, talış, o cümlədən ermənilərin də həyatını təhlükə altında qoyur. Gəncənin atəşə tutulması zamanı ciddi xəsarətlər almış milliyətcə erməni Karina Qriqoryan kimi...


Azərbaycan isə yalnız və yalnız öz ərazilərində antiterror əməliyyatı keçirir, öz tarixi torpaqlarını işğaldan azad etmək istəyir.


Qarabağda yaşayan ermənilərə müraciət edirik...


Siz 30 il öncə indi yaşadığınız Azərbaycan torpaqlarında xoşbəxt idiniz. Maddi rifahınız yüksək idi, bütün insan hüquqlarınız qorunurdu. Çünki Azərbaycan ermənilərə daim öz vətəndaşı kimi yanaşıb. İndi isə Ermənistanın mafioz rəhbərliyi sizi öz oyununun qurbanına çevirib. Buna çox acıyırıq. Sizin də insan kimi yaşamaq haqqınız və imkanınız var, ancaq Ermənistan bunu sizdən alıb. Hələ də gec deyil, ayılın, vasitəyə çevrilməkdən imtina edin. Azərbaycan sizin təhlükəsizliyinizdən tutmuş bütün hüquqlarınızı qoruyacaq. Buna bariz misal bizik.


Erməni analara müraciət edirik…


İndi dünyada hər kəs, o cümlədən siz də yaxşı bilirsiniz ki, işğal edilmiş Xankəndi, Şuşa, Xocalı, Ağdərə, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl, Xocavənd Azərbaycanın tarixi əraziləridir.


Övladlarınızın Azərbaycan torpaqlarında ölməsinə göz yummayın, axı onları hansısa qüvvələrin oyununun qurbanı olması üçün dünyaya gətirməmisiniz.


Kimlərsə var-dövlət, vəzifə sahibi olacaq, əvəzində siz övladsız qalacaqsınız. Övladlarınızı Azərbaycan torpaqlarında hərbi xidmətdən geri çağırın.


Azərbaycanın torpaqları azad edilsin. Bu çirkin oyunda iştirak etməyin, yoxsa erməni xalqını məhvə apardığınıza görə gələcəyin lənəti üzərinizdə olacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi