“KEŞİKÇİ DAĞI BİZDƏN ALACAQLARSA…” – Deputatdan sərt açıqlama

“KEŞİKÇİ DAĞI BİZDƏN ALACAQLARSA…” – Deputatdan sərt açıqlama 

“Keşikçi dağı bizdən alacaqlarsa deməli, həm də bir millət olaraq hər cür alçaldılmağa da layiqik”

Bunu BAXCP sədri Qüdrət Həsənquliyev İsa Qəmbərin “Keşikçi ” monastır kompleksini kimə məxsus olmasını alimlər müəyyən etməlidir” və İlham İsmayılın “biz Gürcüstanla ərazi mübadiləsi çərçivəsində monastırı Gürcüstana verə bilərik” kimi fikirlərinə münasibət bildirərkən deyib.

BAXCP sədri bildirib ki, hər iki fikir çox zərərli və təslimçilik ruhunda verilən açıqlamalardır: “XXI əsrdə sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir. Eyni əhəmiyyətli torpaqların dəyişdirilməsindən söhbət gedə bilər. Keşikçidağ kompleksi tarixi abidədir. Azərbaycan həmin ərazidə hotellər tikib, turizmi inkişaf etdirib gəlir əldə etməlidir. Əgər tarixdə hansı torpaq hansı xalqa məxsus olub düşüncəsi ilə məsələyə yanaşsaq, bütün Avropada, dünyada dövlətlərin sərhədləri dəyişməli, yeni ərazilər uğrunda qanlı müharibələr başlamalıdır.

Bundan başqa həmin kompleks alban abidəsidir. Hətta gürcü abidəsi olsa belə bu heç nəyi dəyişmir. Bu məntiqlə Azərbaycan da gərək 1736- cı ildə Nadir şah tərəfindən Gəncə xanlığından alınıb gürcü xanlığı Kaxetiyaya verilmiş Borçalını tələb etsin. Gürcüstanla bizim aramızda viza rejimi yoxdur. Nə vaxt istəyirlər pulsuz ziyarət etsinlər oranı. Sərhəd rejimini də tam sadələşdirə, yaxud aradan qaldıra bilərik. Halbuki İtalyanlar Milandakı məhşur “Duomo” kilsəsini muzeyə çevirib böyük məbləğdə pul yığmağa başlayıblar. Keşikçidağı bizdən alacaqlarsa xalq olaraq heç vaxt Qarabağı azad edə bilmərik. Deməli, həm də bir millət olaraq hər cür alçaldılmağa da layiqik”./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər