Kılıçdaroğlu da Ərdoğanın siyasətini dəstəklədi-

Kılıçdaroğlu da Ərdoğanın siyasətini dəstəklədi- "S-400 almaq Türkiyənin haqqıdır, hüququdur”

Təhlükəsizliyini təmin etmək Türkiyənin haqqıdır.

Faktinfo.az Axar.az-a istinadən  xəbər verir ki, bu sözləri CHP sədri Kamal Kılıçdaroğlu Rusiyanın S-400 müdafiə sistemlərini Türkiyəyə təslim etməsinə münasibət bildirərkən deyib. O, Türkiyənin strateji məkanda yerləşdiyini bildirib:

“Türkiyə ölkə daxilində və xaricində təhlükəsizliyini təmin etmək məcburiyyətindədir. Əgər Türkiyə vaxtilə "Patriot" alınması üçün müraciət edibsə və ABŞ bu tələbi qarşılamayıbsa, əlbəttə ki, Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün başqa axtarışlar aparacaq. Senatın və digər siyasi qurumların Trampa “Türkiyəyə təzyiq edin” çağırışlarını doğru hesab etmirəm. Türkiyə öz bildiyi yoldan davam edəcək, təhlükəsizliyini təmin edəcək. Bu, Türkiyənin haqqıdır, hüququdur”.

Qeyd edək ki, Rusiya dünəndən etibarən Türkiyəyə S-400-lərin göndərilməsinə başlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi