Kılıçdaroğlu seçilsə, Rusiyaya bunu xatırladacaq
Türkiyədə müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu prezident seçkisində qalib gəlsə, Rusiyaya NATO üzvü olduğunu xatırladacaq.
Bunu onun müşaviri Ünal Çeviköz deyib.
O bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirəcək:
“Rusiya ilə danışıqlarda bərabərhüquqlu münasibətlərə çalışacağıq. Amma onlara Türkiyənin NATO üzvü olduğumuzu da xatırladacağıq”.
Siyasətçi əlavə edib ki, müxalifət İsveç və Finlandiyanın NATO-ya üzv olmasına mane olmayacaq./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın