Kılıçdaroğlunun xəbərdarlığı Akşeneri özündən çıxardı: "BELƏ AXMAQLIQ GÖRMƏMİŞƏM"

Kılıçdaroğlunun xəbərdarlığı Akşeneri özündən çıxardı: "BELƏ AXMAQLIQ GÖRMƏMİŞƏM" 

İstanbul Böyük şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu ilə bağlı siyasi qadağa qərarından sonra "6-lı masa"da başlayan siyasi oyunlar, müzakirə və mübahisələr böyüməyə davam edir.

Faktinfo.az Hurriyyet.az-a istinadən xəbər verir ki, məlum qərar verilərkən CHP sədri Kamal Kılıçdaroğlunun Almaniyada olması və İYİ Partiyasını sədri Meral Akşenerin İmamoğlu ilə mitinq keçirməsi müxalifəti çaşdırıb.

Görünən odur ki, Akşener İmamoğlunun namizədliyi üçün əlindən gələni edərkən, Kılıçdaroğlu da öz namizədliyində israrlı olduğunu nümayiş etdirir. Onu da vurğulamaq lazımdır ki, CHP sədrinin "Bir partiya başqa partiyanın daxili işlərinə qarışmamalıdır. Hər partiyanın öz qaydaları var" xəbərdarlığından sonra Akşener susqunluğunu pozub və qarşı tərəfə sərt cavab verib. Belə ki, Fox TV-də "Zəngli saat" proqramına qatılan Akşener İlker Karagözün suallarını cavablandırarkən "Həmin gün Kılıçdaroğluna zəng etdim, telefonu bağlı idi. Səhv başa düşməyin, icazə almaq üçün zəng etməmişəm, belə şey yoxdur. Sadəcə, orada güc nümayişi keçirmək istəyirdik. Demək istədiyim odur ki, kim icazə almaq üçün zəng etdiyimi desə, çox sərt cavab verəcəm, peşman edərəm. Seçdirdiyim bələdiyyə sədri (Əkrəm İmamoğlu nəzərdə tutulur-red.) üçün kimdən icazə alacam? Mən heç vaxt belə axmaqlıq görməmişdim", deyə bildirib.

Akşener əlavə edib ki, Mersin istisna olmaqla, bütün bələdiyyə başçıları CHP və İYİ Partiyanın əməyi nəticəsində seçilib: "Ona görə də bu dostların yaxşı gördükləri işlərə də, pis işlərinə də cavabdehik. Mən bu müddət ərzində o qədər hörmətsizlik görmüşəm ki, amma bu, çox biabırçılıq idi. Özüm seçdirdiyim bələdiyyə sədrinə kimdən icazə alacağam. CHP-yə üzvü olaraq seçilə bilərlər, lakin onların məsuliyyəti bizə aiddir".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi