“Kiyevi müharibənin uzadılmasına hazırlayırlar" - Lavrov Qərbi ittiham edib
“Biz ciddi danışıqlardan imtina etmirik”.
Report.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 ölkələri xarici işlər nazirlərinin toplantısıda etdiyi çıxışında deyib.
O bildirib ki, Qərb ölkələri Kiyevi müharibənin uzadılmasına hazırlayır: “Biz siyasi həllin tapılması üçün ciddi təkliflərdən imtina etmirik. Amma Qərb ölkələrdən heç olmasa birinin Ukraynanı danışıqlara çağırdığını xatırlamıram”.
Qeyd edək ki, daha əvvəl Rusiya xarici işlər müavini Sergey Ryabkov söyləmişdi ki, rəsmi Moskva ilkin şərt olmadan Kiyevlə dialoqa hazırdır.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın