Könül Nurullayeva: “Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar vaxtında yerinə yetirilir”

Könül Nurullayeva: “Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar vaxtında yerinə yetirilir” 

Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir.

 Azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını təmin etmək postmünaqişə dövründə əsas vəzifələrdən biridir. Bu istiqamətdə praktik addımlar atılmaqdadır. 2022-ci ilin ilk rübünün yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev artıq bu il Ağalı kəndinin sakinlərinin öz yurdlarında yerləşəcəyini bəyan etdi. Belə ki, bu il Ağalı kəndinin açılışı olacaq. Yəni, artıq Böyük Qayıdış başlayır. Eyni zamanda bir neçə kəndi birləşdirəcək Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına da bu il başlanacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri də hazırlanır və şəhərlərlə paralel olaraq kəndlərin də bərpası,tarazlı inkişafını təmin etmək istiqamətində kompleks tədbirlər görülür. Bu baxımdan müharibədən ötən bir il ərzində görülən işlər effektiv qiymətləndirilir.

Prezident İlham Əliyev bəyan etdi ki, yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları daxil olmaqla işlər planlı şəkildə aparılır və proses bundan sonra da davam edəcək. Son 1 ildə görülən işlərə əsaslanaraq, qısa vaxtda digər yaşayış məntəqələrinə də qayıdışın reallaşacağını söyləmək mümkündür.
Əsas məqsəd Qarabağı və  Zəngəzuru nümunəvi bölgə kimi qurmaq, Azərbaycan vətəndaşlarının orada rahat, firavan yaşayışını təmin etməkdir. Bu prosesdə dövlətlə yanaşı özəl sektorun da fəallığı  təqdirəlayiqdir. Prezident İlham Əliyevin də söylədiyi kimi, ilkin mərhələdə iqtisadi cəhətdən o qədər də böyük səmərə verməsə də yerli sahibkarlar vətəndaşlıq borcu kimi bu prosesə könüllü şəkildə qoşulub. Bu, xalqımızın ümumilli məsələlərdə sərgilədiyi ortaq mövqenin, birliyin göstəricisidir.

Faktinfo.az xəbər verir ki,bu fikirləri mətbuata açıqlamasında deputat Könül Nurullayeva deyib.

Deputat onu da bildirib ki, Azərbaycan bütün işləri öz maliyyə imkanları hesabına həyata keçirir. Bu gün  Qarabağ və Zəngəzurda dağıntıların dünyada bənzəri yoxdur. Amma digər münaqişələrlə bağlı beynəlxalq fondlar maliyyə yardımı göstərdiyi halda Azərbaycana heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra. Minaların təmizlənməsi ilə bağlı - müharibədən sonra 200-dən çox insan ya həlak olub, ya da ki, ağır yaralanıb. “Dünyada bu məsələ ilə məşğul olan o qədər fondlar var, QHT-lər var. Nə ilə məşğuldurlar? Gəlsinlər, kömək göstərsinlər. Maşın, mexanizm, texnika, hətta dronlar almışıq ki, o minalarla çirklənmiş yerləri təsbit edir. Ancaq bizdə mütəxəssis çatışmır,. Ona görə, heç olmasa, bu sahədə bizə kömək göstərsinlər” deyən Prezident İlham Əliyev haqlı olaraq, beynəlxalq təşkilatlara da səsləndi və insan hüquqları ilə məşğul olanları, ədalət prinsiplərini rəhbər tutanları Azərbaycana da diqqət yetirməyə, ikili standartlardan kənar olmağa çağırdı. Bu, bütövlükdə bölgənin inkişafı üçün vacibdir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi