Könül Nurullayeva: “Beynəlxalq səviyyədə Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edilməlidir”

Könül Nurullayeva: “Beynəlxalq səviyyədə Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edilməlidir” 

İki ildir 10 noyabr bəyannaməsinin tələbləri Ermənistan tərəfindən yerinə yetirilmir və bu azmış kimi, təxribatlar da davam edir.

  Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı, Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürülməsi bizim suveren hüququmuzdur. Buna görə heç kim Azərbaycanı ittiham edə bilməz. Biz öz suveren ərazimizdəki qanunsuz silahlıların çıxarılmasını təmin edirik. Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri  daha da sarsıdıcı olacaq. Bu ərazilərdə qanunsuz silahlı birləşmələrin olması regionun təhlükəsizliyinə təhdiddir.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin üzvü Könül Nurullayeva deyib.


Deputat onu da vurğulayıb ki, Azərbaycan ordusunun hərbçisi Anar Kazımovun şəhid olmasına heç bir halda göz yuma bilməzdik.Ona görə də “Qisas” antiterror əməliyyatı keçirildi və bu əməliyyat gələcək təxribatlara qarşı tutarlı cavab idi. Ermənistan dərk etməlidir ki, sona qədər qanunsuz birləşmələr Azərbaycan ərazilərində qala bilməz və bütün təxribatların cavabı çox sərt olacaq. Çünki qanunsuz erməni silahlılarının Qarabağdan çıxarılması bölgənin təhlükəsizliyi üçün vacibdir.Baş vermiş hadisə ilə bağlı beynəlxalq reaksiyalarda “narahatlıq” ifadə olunur, toqquşmalara dərhal son qoymağa çağırışlar yer alıb. Amma əsl narahatlıq doğuran məsələ Qarabağ ərazisində olan Ermənistan qanunsuz hərbi birləşmələrinin terror-diversiya fəaliyyətidir. Əsas etiraz və narahatlıq, çağırışlar bu məsələ ilə bağlı olmalıdır.Eyni zamanda bir neçə gün əvvəl daha bir neçə azərbaycanlı mina terrorunun qurbanı oldu.


  K.Nurullayeva bildirib ki,Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan əraziləri də minalayıb, bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir. Əsl narahatlıq doğuran məsələlər bunlardır. Bu mənadabeynəlxalq səviyyədə siyasi təzyiq edərək Ermənistan üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edilməlidir. O ki qaldı nəzarətə götürdüyümüz ərazilərə, Azərbaycan öz sərhədlərində daha da möhkəmlənir və bu proses bundan sonra da davam edəcək.Rəsmi Bakıdəfələrlə bildirib ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Müfafiə Nazirliyinin bəyanatında da qeyd olunduğu kimi, həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi