Könül Nurullayevaya etimad göstərildi -Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti seçildi-FOTOLAR
Dünya Alpaqut Federasiyasının III Qurultayı keçirilib. Millət vəkilləri, səfirlik nümayəndələri, QHT rəhbərləri, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Federasiya rəhbərləri və xeyli sayda media mənsublarının qatıldığı qurultayın idarə heyətinin 11 nəfərdən ibarət yeni tərkibi müəyyənləşib.
Yeni nizamnaməyə görə İcra organı ilə İdarə heyəti orqanının ayrıldığı bildirilib. Sonra prezident, birinci vitse-prezident, vitse prezidentlər və baş katib seçkilərinə start verilib.
Faktinfo.az xəbər verir ki,Dünya Alpaqut Federasiyasının prezidenti millət vəkili Jalə Əhmədova, Birinci vitse-prezidenti millət vəkili Könül Nurullayeva, vitse prezidentlər Emil Rəhimov və Fərhad Əliyev, Baş Katib Fərid Əlizadə, İdarə heyətinin sədri Vasif Namazov seçilib. Dünya Alpagut Federasiyasının digər strukturlarına rəhbərlərin yaxın günlərdə təyin olunaraq elan ediləcəyinə qərar verilib.
Qeyd edək ki, ALPAQUT döyüş sənəti, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təbliğ etməklə yanaşı milli döyüş ənənələrini inkişaf etdirərək onun qlobal mədəniyyətə çıxışını təşkil edir. Döyüş sənətinin adının mənası- Alp: döyüşçü, Qut: qutsal (kutsal) - Müqəddəs Döyüşçü mənasındadır.ALPAQUT idman növü, uşaqlarda milli iftixar hissini, vətənə və dövlətə hörmət və məhəbbət hissini formalaşdırır.Dünya Alpaqut Federasiyası 12.02.2014–cü ildə Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək məqsədilə rəsmən qeydiyyatdan keçmiş beynəlxalq idman təşkilatıdır və Beynəlxalq Bədən Tərbiyəsi və İdman Elmi konsulluğu tərəfindən rəsmən tanınıb.Bundan öncə Federasiyanın prezidenti Milli Məclisin deputatı Nizami Cəfərov, birinci vitse prezidenti isə Qənirə Paşayeva idi. Hər iki millət vəkili bu qurultayda Dünya Alpaqut Federasiyasının fəxri üzvü seçilib.Federasiyanın Azərbaycan başda olmaqla 47 ölkə üzrə rəsmi nümayəndəliyi, klub və federasiyaları var. Bu günə qədər 3 dəfə Dünya Alpagut Kuboku, 2 dəfə dünya çempionatı keçirilib. İkinci Dünya Çempionatı 2019 cu ildə 24 ölkənin iştirakı ilə Bakıda, sonuncu Dünya kuboku isə 2 ay öncə Türkiyənin Bursa şəhərində 20 ölkənin iştirakı ilə keçirilib. Bu ilin dekabrında isə Türkiyədə təşkil olunacaq 3-cü Dünya Alpagut Çempionatına hazırlıq gedir
Bu xəbər üçün şərh yazın