Könül Nurullayeva: “Qarabağda yeni inkişaf mərhələsi başlayır”

Könül Nurullayeva: “Qarabağda yeni inkişaf mərhələsi başlayır” 

Prezident İlham Əliyevin Cəbrayılda verdiyi əsas mesajlardan biri də qarşıdakı 5 il ərzində yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzurun qurulması ilə bağlı idi. Biz hədəflərimizə doğru gedirik. Bu gün Azərbaycan bölgədə yeni reallıq yaratmaqla yanaşı, həm də bölgənin gündəmini özü müəyyən edir. Heç bir məsələ Qarabağdan, torpaqlarımızın azad edilməsindən üstün ola bilməz. Əsas üstünlüklərdən biri də bizim bu reallıqları dünyaya qəbul etdirməyimizdir.

Müharibədən ötən bir il ərzində işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən sürətli bərpa və quruculuq işləri Azərbaycanın gücünün göstəricisidir.

Faktinfo.az xəbər verir ki,bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.Deputat onu da qeyd edib ki, Prezident İlham Əliyevin Suqovuşan və Talış kəndlərinə səfərinin ardınca “Böyük qayıdış”ımızın başlanğıcı olan Cəbrayıla səfəri və bu ərazilərdə istifadəyə verilən infrastruktur obyektləri bunu bir daha təsdiqlədi. Vaxtilə ermənilərin təxribatçı məqsədlər üçün yol çəkdiyi Cəbrayılda bu torpaqların öz sahibləri yol çəkir, yeni və müasir infrastruktur qurur. Beş il əvvəl aprel döyüşləri zamanı Cocuq Mərcanlı ilə başlayan “Böyük qayıdış” uğurla reallaşmaqdadır. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu.


Bir il əvvəl 44 gün davam edən savaşda ilk uğurumuzun da başlanğıcı Cəbrayıldan başlamışdı. Cəbrayıldan sonra Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Bu gün “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması ilə bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün yeni mərhələ başlayır.
Biz xarici investorların prosesə cəlb olunmasını görürük. “KamAZ” şirkətinin regional xidmət mərkəzinin açılışı böyük perspektivlərə malik olan layihədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıb. Türkiyə şirkətləri isə Zəngilanda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlayıb. Bu, onu deməyə əsas verir ki, Azərbaycan regionu investorlar üçün maraqlı bölgəyə çevirməkdədir. Hər yeni investisiya sosial-iqtisadi inkişaf deməkdir.  Bu isə keçmiş məcburi köçkünlərimizin geri qayıtması və onların rifahının yaxşılaşmasına hesablanıb.

Prezidentin Cəbrayıl ictimaiyyətilə görüşündə səslənən fikirlərdən bir daha aydın oldu ki, soydaşlarımızın öz ata-baba yurdunda rahat və təhlükəsiz yaşamaları üçün bütün zəruri addımlar atılır və atılacaq. Ali baş Komandan İlham Əliyevin də söylədiyi kimi, “bütün görülən işlər insanlarımız üçündür. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi