Könül Nurullayevanın məqaləsi Misirin nüfuzlu mətbuat orqanlarında

Könül Nurullayevanın məqaləsi Misirin nüfuzlu mətbuat orqanlarında - FOTOLAR

Milli Məclisin deputatı Könül Nurullayevanın məqaləsi Misirin nüfuzlu mətbuat orqanlarında dərc olunub.

Faktinfo.az xəbər verir ki,“Azərbaycanla İƏT arasında əməkdaşlıq İslam dünyasının təhlükəsizliyinə xidmət edir”  başlıqlı məqalədə deputat diqqəti 2020-ci il 44 günlük müharibə nəticəsində erməni işğalından azad edilən Azərbaycana məxsus Qarabağ və Şərqi Zəngəzur bölgəsində aparılan bərpa-quruculuq işlərindən yazıb.Qeyd edib ki, Azərbaycan hökuməti öz maliyyə imkanları hesabına bu ərazilərdə insanların rahat və firavan yaşaması üçün infrastruktur qurur. Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə Ermənistanla dövlətlərarası münasibətlər qurulmasını özündə ehtiva edən münaqişədən sonrakı sülh gündəliyinə beynəlxalq müstəvidə dəstək də müşahidə olunmaqdadır. 

Bu mənada deputat İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dəstəyini xüsusi qeyd edib: “Təşkilatın Xarici İşlər Nazirləri Şurasının 22-23 mart 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda keçirilən 48-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı qəbul edilən dörd qətnamə bunu bir daha təsdiqləyir. İclasın Yekun Bəyannaməsində və sırf Azərbaycanla bağlı qəbul edilmiş dörd qətnamədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün siyasi, iqtisadi, mədəni və humanitar aspektləri ilə bağlı müddəalar əks olunub. İslam dünyası Azərbaycan hökuməti və xalqının Ermənistanın hərbi təcavüzünə məruz qalmış ərazilərdən məcburi köçkünlərin geri qayıdışına şərait yaratmaq məqsədilə azad edilmiş ərazilərin bərpa və yenidən qurulması səylərini dəstəkləyir. Dünyanın dörd qitəsindən olan 57 dövlət adından qəbul edilmiş bu müddəalar Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsinin hərbi və siyasi nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin daha bir göstəricisidir.”

K.Nurullayeva qeyd edib ki, qətnamələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün siyasi, hüquqi, iqtisadi və humanitar aspektləri ilə bağlı mühüm müddəalar əks olunub. Eyni zamanda Azərbaycan ərazilərində işğal zamanı İslam mədəni və tarix irsinin nümunələrinin talan edilməsi, dağıdılması, təhqir edilməsi, mədəni irs nümunələrinin saxtalaşdırılması və oğurlanması pislənilir, bu hərəkətlər vandalizmin və barbarlığın təzahürü kimi qeyd edilir.

Məqalədə Azərbaycanın vaxtilə işğal altında olan torpaqlarında dağıdılan mədəni abidələrlə bağlı məlumat da yer alıb: “Bu ərazilərdə təqribən 403 tarixi dini abidə olub, onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənilər İslam dəyərlərinə hörmətsizlik edərək məscidlərdən tövlə kimi istifadə ediblər. Hazırda Heydər Əliyev Fondu azad olunmuş ərazilərdə dini abidələrimizin bərpasını həyata keçirir, yeni məcsidlər inşa olunmaqdadır.”

K.Nurullayeva qeyd edib ki, Azərbaycan işğaldan azad etdiyi torpaqları ən inkişaf etmiş ərazilərə çevirəcək: “İƏT-ə üzv dövlətlər, İslam İnkişaf Bankı və İƏT-in digər aidiyyəti qurumlarının Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması işlərində Azərbaycan hökumətinə yardım etmək istəyi də təqdirəlayiqdir.
Qəbul edilən qətnamələrdə, eyni zamanda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində dəymiş zərərə görə Ermənistanın məsuliyyəti təsbit edilir, Azərbaycanın bu xüsusda hüquqi tədbirlərə əl atmaq haqqı vurğulanır. Beləliklə, Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən  müharibəsindən sonra rəsmi Bakı ilə İƏT arasında əməkdaşlıq da yeni inkişaf mərhələsinə qədəm qoyub. Postmünaqişə dövrünün yeni reallıqlarına uyğun davam edən bu əməkdaşlıq bütövlükdə İslam dünyasının təhlükəsizliyinə xidmət edir.”

https://www.3aagell.com/%D8%A7%D9%84%D8%AA%D8%B9%D8%A7%D9%88%D9%86-%D8%A8%D9%8A%D9%86-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%88%D9%85%D9%86%D8%B8%D9%85%D8%A9-%D8%A7%D9%84%D8%AA%D8%B9%D8%A7%D9%88%D9%86-%D8%A7/

https://worldnewnews.com/%d8%a7%d9%84%d8%aa%d8%b9%d8%a7%d9%88%d9%86-%d8%a8%d9%8a%d9%86-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d9%88%d9%85%d9%86%d8%b8%d9%85%d8%a9-%d8%a7%d9%84%d8%aa%d8%b9%d8%a7%d9%88%d9%86-%d8%a7/

https://www.elamwal.com/201568

https://www.nile1.com/%d9%83%d9%88%d9%86%d9%88%d9%84-%d9%86%d9%88%d8%b1%d8%a7%d9%84%d9%84%d9%87%d9%8a%d9%8a%d9%81%d8%a7-%d8%aa%d9%83%d8%aa%d8%a8-%d8%a7%d9%84%d8%aa%d8%b9%d8%a7%d9%88%d9%86-%d8%a8%d9%8a%d9%86-%d8%a3%d8%b0/



Könül Nurullayevanın məqaləsi Misirin nüfuzlu mətbuat orqanlarındaKönül Nurullayevanın məqaləsi Misirin nüfuzlu mətbuat orqanlarındaKönül Nurullayevanın məqaləsi Misirin nüfuzlu mətbuat orqanlarındaKönül Nurullayevanın məqaləsi Misirin nüfuzlu mətbuat orqanlarında
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi