Külli miqdarda yeyinti- "RƏİS 282 TON YANACAĞI MƏNİMSƏYİB"
Vüsal Əsədov haqsızlıqla üzləşdiyi üçün işinə qaytarılmasını xahiş edir.
İmişli rayon sakini Əsədov Vüsal Vidadi oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, İmişli şəhər Dəmiryol Stansiyasının rəhbər şəxsləri – Elşən Vəliyev və Famil Soltanov onu qeyri-qanuni olaraq işdən uzaqlaşdırıb:
“Mən, Əsədov Vüsal Vidadi oğlu, bildirirəm ki, 2008-ci ildən İmişli rayon Lokomotiv Deposunda çilingər vəzifəsində, 2011-ci ildən 2015-ci ilə qədər köməkçi vəzifəsində, 2015-ci ildən 2021-ci ilə qədər isə maşın təminatçısı vəzifəsində işləmişəm. Qeyd edim ki, Elşən Vəliyev İmişli Lokomotiv Deposunda bölmə rəisi işləyir, Famil Soltanov isə baş təlimatçı kimi çalışırdı, yanacağa baxırdı. Elşən Vəliyev 282 ton yanacağı mənimsəyib və bütün bunları “maşinistlər”in atağına yazıblar ki, guya onlar mənimsəyiblər. Buna görə onu işdən çıxarmaq əvəzinə iş yerini dəyişiblər.
2021-ci il, noyabr ayının 11-də isə Elşən Vəliyev və Famil Soltanov guya 150 litr yanacağın oğurlandığını bildirdilər və məni şərləyərək işdən kənarlaşdırdılar. Onlar istədikləri kimi orada “at oynadırdılar”.
Qeyd edim ki, "oğurluq" haqda heç polisə də məlumat vermədilər. Qanunsuz yerə məni evdə 1 ay girov kimi saxladılar. 1 ay sonra isə işi polisə veriblər, polis də işə xitam verərək bağlayıb.
İşdən çıxarılma əmrimi mənə verməmişdilər, onu da müraciət edərək, zorla aldım. 2022-ci ildə imkanımı düzəldib, məhkəməyə müraciət etdim. Məhkəmə işə baxmadı ki, üstündən xeyli vaxt keçib.
Özlərinin əlində olan 150 litr yanacağı necə satmaq və yaxud necə oğurlamaq olar? İş vaxtı, yəni yolda olan zaman Elşən Vəliyev və Famil Soltanov mənim lokomotiv maşınıma əmr verib saxlatdırdılar. Əgər mən qanunsuz yanacaq oğurlamışdımsa, həmin vaxt polis niyə yox idi?! 2 nəfərin yoxlaması zamanı qərar qəbul etdilər ki, guya 150 litr benziin oğurlanıb.
Ən maraqlısı da budur ki, köməkçim Elşən Vəliyevin kəndlisi olduğu üçün onu işdən çıxartmadılar. Belə bir oğurluq olmuşdusa, bəs köməkçim niyə işdən çıxarılmadı?
Mən xahiş edirəm ki, işimə yenidən baxılsın və qanunsuz olaraq çıxarıldığım üçün məni işlə təmin etsinlər.
Onu da deyim ki, adlarını çəkdiyim şəxslərin özləri yeyinti etdikləri üçün işdən azad olunublar. Bu səbəbdən, istəyirəm ki, hər şey aydınlaşsın və mən öz işimə geri qaytarılım”.
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın