Masaj salonu adı altında qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən azadlığa çıxdı-

Masaj salonu adı altında qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən azadlığa çıxdı- Prokurorluq apelyasiya protesti verib

Nəsimi rayon Məhkəməsində qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən “Antalya Mehman” ləqəbi ilə tanınan Mehman Həsənov, Baxşəli Qəhrəmanov və Güləndam Murtuzovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Faktinfo.az xəbər verir ki,APA.az-ın məlumatına görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və onlara şərti cəza verilib.

Hər 3 şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib.

Qeyd edək ki, hüquq-mühafizə orqanları ötən il Nəsimi rayon ərazisində masaj salonu adı altında əxlaqsız yuvaları aşkarlayıb. Həmin masaj salonun admistratoru G.Murtuzova saxlanıb.

Onun həbsindən sonra məlum olub ki, Güləndamın administrator işlədiyi əxlaqsız yuvalarının fəaliyyətinə Həsənov Mehman Telman oğlu və Qəhrəmanov Baxşəli Abdulla oğlu rəhbərlik edib. Nəticədə həmin şəxslər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Hər üç şəxsə Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki,masaj salonu adı altında əxlaqsız yuvalarının sayı durmadan çoxalır. Bakı şəhərində olduğu kimi, Sumqayıt şəhərində də belə "salonların" fəaliyyəti  bəzi ailələrin nigahının pozulmasına səbəb olur,boşanma hallarının faizi artır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər