Məcburiyyət deyil deyə-deyə,məktəbli formaları aldırılır - FOTO
Ümumiyyətlə, rayon icra hakimiyyəti rəhbərlərinə, o cümlədən Bakı şəhərində yerləşən İcra Hakimiyyətlərinə rayon ərazisində yerləşən məktəblərə nəzarət etmək üçün hansısa bir şəkildə qanunla şərait yaradılmalıdır.
Məktəblərdə yaranmış vəziyyət bunu tələb edir. Yoxsa, millətin günü bir az da “qaralacaq”. Çünki, məktəblilərin təlim-tərbiyyəsi və tədrisi ilə məşğul olmayan direktorları hər ay neçə min manat qazana bilmələri maraqlandırır. Təhsil Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin birtərəfli tabeçiliyində olan məktəblərə ikinci bir qurumun nəzarət etməməsi məktəb direktorlarının istədiklərini tədris müəssisələrində diqtə etməsinə səbəb olub.Yəni əvvəllər bu dərəcədə deyildi, hər ay məktəblərdə valideyn komitələrinə rüşvət yığmaları dolayısı yolla təlqin edilmirdi. Artıq elə bir məktəb yoxdur ki, səhər-səhər onun qabağında pul yığılmasın və ya rüşvət tələbi münaqişələrə səbəb olmasın.Həmçinin,elə bir ay yoxdur ki,məktəblərdə müxtəlif məsələlər bəhanə gətirilərək pul toplanılmasın.Bu kimi xoşagəlməz halları Bakı Şəhər Təhsil İdarəsi,Təhsil Nazirliyi bilməmiş deyil.Elə bir sıra direktorların əməllərinin ifşa edilə biləcəyindən ehtiyatlanaraq təhsil müəissələrinə şagirdlərin telefon gətirməsini məqbul bilməmələri də ehtiyyat tədbirlərindən irəli gəlir.
Hər halda Elm və Təhsil naziri Emin Əmurullayevin, Bakı şəhər Təhsil İdarəsi rəhbərliyinin səsləndirdiyi fikirlərlə əməlləri vəhdət təşkil etsəydi, Bakı şəhərinin bir çox məktəblərində olduğu kimi Nizami rayonunda da valideynlərə məktəbli formaları alınması ilə bağlı çağırışlar edilməz, insanların ikinci dəfə əlavə xərcə salınması düşünülməzdi. Hərçənd əhali də haqlı olaraq irad bildirir ki, məktəbli formalarının alınmasında nazirlik rəsmilərinin, təhsil idarəsinin, o cümlədən məktəb direktorlarının mənfəəti yoxdursa və ya "obnoliçka" olunacaq milyonlardan söhbət getmirsə, nədən valideynlər yeni məktəbli formalarının alınmasına təkid edilsin ki?(Bu barədə aşağıdakı foto qalareyyadakı şəkil də təsdiqləyir ki,artıq məktəbli formalarının qiymətləri belə əvvəlcədən müəyyənləşdirilib,və ya azad bazar prinsiplərindən kənar diqtə olunur.)
Onsuz da hər gün bahalaşan ərzaq məhsullarının qiymətlərindən təngə gələn paytaxt sakinlərinin əsəbləri tarıma çəkilib. Bunu səsləndirməyən millət vəkili qalmayıb. Odur ki, icra hakimiyyətləri o cümlədən Nizami rayon İcra Hakimiyyəti rayon ərazisində yerləşən məktəblərdə şəffaflığın təmin edilməsinə hansısa bir şəkildə yardımçı olmalıdır.
FAKTİNFO.AZ
Bu xəbər üçün şərh yazın