“Mən içki düşkünü deyiləm”

“Mən içki düşkünü deyiləm” 

“İnsanlar məni vecsiz içki düşkünü etdilər. Gəzməyə, haradasa oturmağa, içməyə gedə bilərdim. Lakin hər gün içməmişəm, çox içməmişəm.

 Bütün bunları jurnalistlər və çirkin dillər yayıblar. Mən içki düşkünü deyiləm”.

“Report” xəbər verir ki, bunu Ukrayna yığmasının və Kiyev “Dinamo”sunun sabiq futbolçusu Aleksandr Əliyev özü barədə spirtli içkidən sui-istifadəni sevən insan imici formalaşdırılmasına münasibət bildirərkən deyib. Əliyev bildirib ki, oyunu yox, şəxsi həyatı diqqət mərkəzində saxlanılıb: “Nəyə görə oyunumdan, vurduğum qollardan yazmırdılar? Yalnız alkoqol, alkoqol… Necə istəyirdimsə, elə də yaşayırdım. Mən qızıl insan deyiləm. Özümə rahatlıq verdim, lakin deyildiyi və yazıldığı kimi yox”.

Qeyd edək ki, Aleksandr Əliyev Ukrayna yığmasında çıxış etdiyi vaxt 28 oyuna 6 qol vurub. O, hazırda Ukraynanın həvəskar “Xmelnitski” komandasında çıxış edir. Əliyevin babası Azərbaycan əsillidir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər