Messinin həbs cəzası cərimə ilə əvəzləndi

Messinin həbs cəzası cərimə ilə əvəzləndi 

İspaniyanın Ali Məhkəməsi "Barselona"nın ulduz futbolçusu Messiyə vergidən yayınmaqla bağlı cəzanı yumşaldacaq

Faktinfo.az  goal.az-a istinadən xəbər verir ki, argentinalı hücumçunun 21 aylıq həbs cəzası əvəzinə 252 min avro cərimə ödəməsi yetərli olacaq. Messinin həbs cəzası da şərti xarakter daşıyırdı. İspaniya qanunlarına görə 2 ildən az azadlıqdan məhrum etmə cəzası cərimə ilə əvəzlənə bilər. Futbolçunun atası isə 180 min avro cərimə ödəyəcək. Prokurorluq da cəzanın əvəzlənməsinə etiraz bildirməyib.


Qeyd edək ki, Messi və atası 4.1 milyon avro vergidən yayınmaq ittihamı ilə 2016-cı ilin iyununda məhkəmə qarşısına çıxmışdılar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər